Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-30 09:45:54
Azərbaycanda ilkə imza atan bu universitetə  büdcədən 8 milyon manat ayrıla bilər – Təhsil-2020  

Dövlət büdcəsindən təhsil xərcləri üçün ayrılan vəsaitin 8,0 milyon manatı “Birgə  Azərbaycan-Fransız Universiteti UFAZ” layihəsinin həyata keçirilməsi ilə bağlı xərclərə yönləndiriləcək.

AzEdu.az xəbər verir ki, bu barədə 2020-ci il dövlət büdcəsinin zərfində bildirilib.

Azərbaycan-Fransız Universiteti (UFAZ) 2014-cü ildə Azərbaycan və Fransa Prezidentlərinin təşəbbüsü ilə yaradılan və uğurla davam edən layihədir. 2016-cı ilin sentyabr ayından etibarən fəaliyyət göstərən bu universitetdə 4 texniki ixtisas üzrə tələbə qəbulu həyata keçirilir.

Layihəyə Fransa tərəfindən Strasburq Universitetinin (Unistra) rəhbərlik etdiyi Fransa universitetləri konsorsiumu daxildir. Azərbaycan tərəfindən isə layihəyə Azərbaycan Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq əsasında Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) rəhbərlik edir.

Qeyd edək ki, 2020-ci il dövlət büdcəsinin zərfinə daxil olan qanun layihələri Milli Məclisin noyabrın 12-i, 13-ü və 14-də keçiriləcək plenar iclaslarında müzakirəyə çıxarılacaq.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları