Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-30 09:30:00
Metodbirləşmə rəhbəri olan müəllim direktorluq imtahanında iştirak edə bilər?  

Orta ümumtəhsil müəssisələrinə direktor seçilərkən həmin bölgə və ya məktəbdə çalışan müəllimlərə üstünlük verilməsi təhsil işçilərini stimullaşdırmaq məqsədi daşıyır. Hazırda müəllimləri maraqlandıran məqamlardan biri də metodbirləşmə rəhbərlərinin direktor ola bilib–bilməməsi ilə bağlıdır.

AzEdu.az xəbər verir ki, metodbirləşmə rəhbəri təyin edilmiş müəllim direktorların işə qəbulu müsabiqəsində iştirak edə bilər. Təbii ki, müsabiqə iştirakçıları üçün qoyulmuş şərtləri ödəmək şərti ilə...

Bu, orta ümumtəhsil müəssisələrindəki metodistlərə aid edilir. Rayon Təhsil Şöbələrinin metodiki kabinetlərində çalışan metodistlər isə orta məktəbdə pedaqoji fəaliyyətlə məşğul olmadıqları müddətdə direktor ola bilməzlər.

Direktorların şəqəbulu üzrə müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olanlar iştirak edə bilərlər.

Qeyd edək ki, orta ümumtəhsil müəssisələrindəki metodtbirləşmə rəhbərliyi ictimai xarakter daşıyır və bunun üçün müəllimə hər hansı əməkhaqqı təyin edilmir. Rayon Təhsil Şöbələrinin  metodisti isə ayrıca bir ştat sayılır və nun maaşı uyğun  əməkhaqqı sistemi ilə tənzimlənir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları