Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-09 11:13:00
Tibb Universitetində İkinci Dünya Müharibəsinin veteranları ilə görüş keçirilib

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli bu ali təhsil ocağında çalışan İkinci Dünya müharibəsi veteranları ilə görüşüb.

Universitetin mətbuat xidmətindən AzEdu.az-a verilən məlumata görə, görüş zamanı Gəray Gəraybəyli 9 May Qələbə Günü münasibəti ilə ATU heyəti adından veteranları təbrik edilib.

Professor G.Gəraybəyli qeyd edib ki, miqyasına, törətdiyi dağıntılara və insan tələfatına görə İkinci Dünya müharibəsi tarixin ən dəhşətli savaşı sayılır. Rektor alman faşizminə qarşı döyüşlərdə 700 mindən çox azərbaycanlının vuruşduğunu, onların yarıdan çoxunun həlak olduğunu diqqətə çatdırıb:

“Qələbənin qazanılmasında Azərbaycanın igid oğul və qızlarının layiqli töhfəsinin olub. Yüz minlərlə həmvətənimiz bu qələbə uğrunda canlarından keçiblər. Milli Azərbaycan diviziyalarının müharibə tarixinə parlaq səhifələr yazmasını, veteranların döyüşlərdə, o cümlədən arxa cəbhədə qəhrəmanlıq və böyük fədakarlıq göstəriblər. Biz indiki firavan yaşayışımızın müəyyən mənada həmin qələbəyə, bablarımızın cəsarətinə borcluyuq”.

Görüş zamanı çıxış edən veteranlar onlara göstərilən diqqət və qayğıya görə dövlətə və ATU rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər. Dövlət tərəfindən göstərilən diqqət və qayğıdan razılıqlarını bildirən veteranlar Azərbaycanın qəhrəman oğullarının rəşadətindən danışmış, xatirələrini bölüşüblər. Bildirilib ki, ulu öndər Heydər Əliyev tərəfindən bu bayrama xüsusi önəm verilməsi və həmin ənənənin bu gün də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən davam etdirilməsi xalqımızın tarixi qəhrəmanlığına verilən qiymətin göstəricisidir.

Sonra Qələbənin 73-cü ildönümü ilə əlaqədar ATU-da çalışan veteranların mükafatlandırılması haqqında rektorun əmri oxunub və onlara hədiyyələr təqdim olunub. Əmrə əsasən arxa cəbhə veteranları - ATU-nun Kommunal və qidalanma gigiyenası kafedrasının professoru Maqsud Qasımov, Uşaq və yeniyetmələrin gigiyenası kafedrasının dosenti Rəhim Orucov universitet rəhbərliyi tərəfindən pul mükafatı ilə mükafatlandırılıblar.

Görüşün sonunda xatirə şəkli çəkdirilib.