Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-09 10:40:00
Abituriyentlərin NƏZƏRİNƏ!

Xəbər verdiyimiz kimi, mayın 13-də II və III ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanları keçiriləcək.  

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, abituriyentlərdən  imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirmələri xahiş olunur. Şəxsiyyət vəsiqəsində şəkli olmayan  abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı da (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) təqdim etməlidirlər.

Qeyd edək ki, göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda, abituriyent imtahana buraxılmır.