Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-29 11:57:00
Yeni təyin olunan direktorların bilməli olduğu vacib sənədləşmələr: – Metodiki bilgilər   

AzEdu.az müəllim və valideynlərə dəstək məqsədilə mütəmadi olaraq onları maraqlandıran mövzularla bağlı yazılar yayımlayır. Bu kimi sualların cavabını bilmək növbəti günlərdə direktorların işə qəbul müsabiqəsinin müsahibə mərhələsində iştirak edəcək namizədlər üçün də önəmlidir.

Direktor namizədlərə verilən suallardan biri də xüsusi təhsil müəssisələrində siniflərin komplektəşdirilməsi ilə bağlıdır:

Sual:

-Xüsusi təhsil müəssisələrində siniflərin komplektləşdirilməsi nəvaxtadək yekunlaşmalıdır?

Cavab:

AzEdu.az məlumat verir ki, bu məsələ Xüsusi təhsil müəssisələri haqqında Əsasnamədə qeyd olunub. Əsasnaməyə görə, xüsusi təhsil müəssisələrinə şagirdlər Təhsil Nazirliyinin təsdiq etdiyi qaydalara uyğun olaraq qəbul olunurlar.

Xüsusi təhsil müəssisələrinin I sinfinə qəbul edilmiş şagirdlərin yaş həddinin ümumtəhsil məktəbləri üçün müəyyən olunmuş yaş həddindən artıq olmasına verilir.

Tədris ilinin sonunda internat tipli xüsusi təhsil müəssisələrində şagirdlərin tərkibinə yenidən baxıla bilər. Onların digər xüsusi və ya ümumtəhsil internat məktəblərinə köçürülməsi psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı ilə internat tipli xüsusi təhsil müəssisəsinin pedaqoji şurası tərəfindən həll olunur.

Xüsusi təhsil müəssisələrində siniflərin komplekləşdirilməsi isə oktyabr ayının 1-də başa çatdırılmalıdır. Eyni zamanda psixoloji-tibbi-pedaqoji komissiyalarını qərarı ilə xüsusi təhsil müəssisələrinə il ərzində şagird qəbul edilə bilər.

Qeyd edək ki, direktorların işə qəbulu məqsədilə müxtəlif rayonlar üzrəaparılan müsahibələr davam edir. Müsahibə nəticələri və növbəti müsahibələrin keçiriləcəyi tarixlər barədə isə namizədlərə məlumat verilir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları