Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-29 12:12:00
ABŞ-da oxumaq üçün ən sərfəli imtahanların keçiriləcək son tarixlər - CƏDVƏL 

Respublikanın şəhər və rayonlarında  keçiriləcək növbəti FLEX imtahanın tarixləri bəlli olub.

Xatırladaq ki, FLEX   yuxarı sinif şagirdləri üçün nəzərdə tutulan  ilk uzunmüddətli ABŞ-da təhsil proqramıdır. Bu proqramı şagirdlərə ABŞ xalqı və mədəniyyəti ilə tanış olmaq və həmçinin, başqalarını öz ölkələri və mədəniyyətləri ilə tanış etmək imkanı yaradır. Şagirdlər digər mədəniyyəti qiymətləndirməyi və anlamağı öyrənib, 2 ölkə arasında əlaqələri inkişaf etdirməyə çalışırlar.  Onların bu fəaliyyəti ABŞ-la hər hansı ölkənin  bir- birini daha yaxşı tanımasına, ölkələrin mədəniyyətini, adət-ənənələrini, həyata baxışını öyrənməyə kömək edir.

AzEdu.az XI sinif şagirdləri üçün respublikanın şəhər və rayonlarında keçirilən növbəti FLEX imtahanların təqvimini təqdim edir:

Sumqayıt – Gənclər Evi Sosial Xidmət Mərkəzi-31 oktyabr, saat 14:00;

Bakı – Azərbaycan Dillər Universiteti-2 noyabr, saat 09:00

İmtahanda iştirak etmək istəyən XI sinif şagirdləri doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi, 1 ədəd 3x4 şəkil və qələm gətirməlidirlər.

Qeyd edək ki, Azərbaycanda 25 ildən artıq fəaliyyət göstərən FLEX proqramın 1000-ə yaxın azərbaycanlı məzunu var.

Günel Yaşarqızı
Müəllifin digər yazıları