Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-29 11:16:00
DİM-dən təklif: “Qiyabi təhsil distant təhsil forması ilə əvəz edilsin”  

Əmək fəaliyyəti ilə məşğul olan bakalavrların magistratura səviyyəsində bilik və bacarıqlarını artırmaq imkanları məhdudlaşdırılır. Bu isə, öz növbəsində, əmək bazarına öz mənfi təsirini göstərəcək.

AzEdu.az xəbər verir ki, bu barədə “Abituriyent”jurnalının 12-ci sayında bildirilib.

Abituriyentlərdən fərqli olaraq bakalavrların bir çoxunun qiyabi təhsil almağa meyilli olmalarını onların əmək fəaliyyəti ilə məşğul olmaları ilə izah etmək olar. Bu səbəbdən, həmin kateqoriyadan olan bakalavrlar magistraturada qiyabi təhsilalma formasına üstünlük verirlər. Bu isə, öz növbəsində, əmək fəaliyyətini və təhsili eyni vaxtda davam etdirməyə imkan yaradır. Lakin 2013-cü ildən etibarən bu təcrübədən imtina edilib və bakalavrların təhsilalma formasını sərbəst seçmək imkanı olmayıb. Nəticədə, təhsil forması qiyabi olan ixtisaslaşmalara qəbul olanların nisbi sayı 2013-cü ildə 24.6%-ə qədər azalıb.

Fikrimizcə, qiyabi təhsil formasından tamamilə imtina etmək əvəzinə, onun distant təhsil forması ilə əvəz edilməsi daha məqsədəuyğundur. Dünya təcrübəsində də bu təhsil formasından geniş istifadə olunur və respublikada informasiya-kommunikasiya texnologiyalarının hazırkı səviyyəsi bu cür təhsil formasının həyata keçirilməsi üçün geniş imkanlar yaradır.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları