Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-29 10:01:00
Bəzi hallarda universitetlərə qəbul zamanı qeyri-sağlam rəqabət mühiti formalaşır -SƏBƏB  

 

2018-ci ildə keçirilən qəbul imtahanlarında plan yerlərinin bölgüsü zamanı Azərbaycan və rus bölmələrinin abituriyentləri üçün müxtəlif qəbul planı hazırlanması, həmçinin, hər iki bölmə üzrə birgə müsabiqə əsasında qəbul aparılan yerlərin sayının az olması nəticəsində ali təhsil müəssisələrinə qəbul zamanı qeyri-sağlam rəqabət mühiti formalaşır.

AzEdu.az xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci sayında bildirilib.

Məlumatda qeyd olunur ki, bu hal daha hazırlıqlı abituriyentlərin istədikləri ixtisaslara qəbul olmamasına və qəbul planının kəsirdə qalmasına səbəb olur.

Məsələn, I ixtisas qrupunda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Elektrik mühəndisliyi” ixtisası üzrə Azərbaycan bölməsi üçün ayrılan yerlər (minimal balı 418 bal olub) tam dolub, rus bölməsi üçün ayrılan yerlər isə kəsirdə qalıb.

II ixtisas qrupunda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə (Azərbaycan bölməsində minimal balı 561, rus bölməsində 311 bal) analoji hadisənin şahidi oluruq. Əgər bu ixtisaslar üzrə qəbul planı Azərbaycan və rus bölmələri üçün ayrı-ayrılıqda deyil, hər iki bölmənin birgə müsabiqəsi üçün ayrılsaydı, o zaman Azərbaycan bölməsinin daha hazırlıqlı gəncləri bu ixtisasların boş qalan yerlərinə qəbul olmaq imkanı əldə edərdilər.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları