Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-28 12:48:07
Orta məktəblərdəki bu qədər dərnək rəhbəri orta təhsillidir – Rəsmi statistika  

Orta ümumtəhsil müəssisələrində təşkil edilən dərnəklər şagirdlərin yaradıcılıq potensialını kəşf etmək, onları düzgün istiqamətləndirmək məqsədi güdür. Amma son vaxtlar müəllimlər dərnəklərin yalnız bəzi həmkarlarının dərs saatlarını tənzimləmək üçün vasitə xarakteri daşıdığını deyir. Onların fikrincə, dərnək rəhbəri heç bir əsası olmadan təyin edilir.

Elə bu səbəbdən dərnək rəhbərlərinin təhsil səviyyəsi çoxlarına maraqlıdır.

AzEdu.az xəbər verir ki, Dövlət  Statistika Komitəsinin yeni çapdan çıxan “Azərbaycanda təhsil, elm və mədəniyyət” adlı məcmuəsində dərnək rəhbərlərinin, həmçinin dərnəklərdə çalışan pedaqoji işçilərin təhsil səviyyəsi əks olunub.

Göstəricilərə görə, ötən tədris ilində ölkə ümumtəhsil müəssisələrində 5565 dərnək rəhbəri, bədii təhbər bə müşayiətçilər çalışıblar. Onların yalnız 59,7 %-i ali təhsilli olub. 34,2%-i isə orta ixtisas təhsilinə sahib olub. Onların 5,5 %-i isə yalnız orta təhsil haqqında sənədə sahibdirlər.

Qeyd edək ki, ştat üzrə dərnəklərdə çalışan digər pedaqoji işçilərin sayı isə 996 olub. Onların isə 88,3 %-i ali təhsilə sahibdirlər.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları