Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-28 12:35:20
Müəllim əvəzçilik əsasında işlədiyi məktəblə əmək müqaviləsi bağlamalıdır?- Cavab  

AzEdu.az müəllimlərə dəstək məqsədilə mütəmadi olaraq əmək müqaviləsinin bağlanmasının əsasları, ləğvi və s. ilə bağlı yazılar yayımlayır. Bu kimi sualların cavabını bilmək növbəti günlərdə direktorların işə qəbul müsabiqəsinin müsahibə mərhələsində iştirak edəcək namizədlər üçün də önəmlidir.

Direktor namizədlərə verilən suallardan biri də əvəzedici müəllimlərin əmək müqaviləsi ilə bağlıdır. Bu barədə suallar müəllimlərin də maraq dairəsindədir.

Sual:

Bir yerdə daimi əsaslarla, digər yerdə isə əvəzçilik əsasında işləyən müəllim iki müəssisə ilə də əmək müqaviləsi bağlamalıdırmı?

Cavab:

AzEdu.az xəbər verir ki, bu barədə məsələlər Əmək Məcəlləsi ilə tənzimlənir. Məcəlləyə görə, əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanması işəgötürənin müvafiq məzmunda əmri ilə sənədləşdirilə bilər. Bu zaman əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydalarına mütləq əməl edilməlidir.

Amma əvəzçilik fəaliyyəti barədə əmək kitabçasında qeydlər əvəzçilik üzrə əmək müqaviləsinin surəti əsasında işçinin arzusu ilə əsas iş yerində aparılır.

Qeyd edəık ki, iş vaxtından sonra əvəzçilik üzrə əlavə məktəbdə işləməyə əsas iş yerinin direktorunun razılığı tələb edilmir. İş vaxtı əvəzçilik üzrə işləməyə is işəgötürənin razılığı ilə yol verilir.

Müəyyən səbəbdən iş yerində olmayan müəllimin əmək funksiyasının icrasına tərəflərin razılığı ilə yol verilir. Bu zaman özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan müəllimi əvəz edən kadra, əvəz etdiyi həmkarının vəzifə maaşı ilə onun maaşı arasındakı fərq ödənilir.

Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları