Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-27 14:54:00
Gələn il 18 yaşı tamam olan gənclər yalnız bu halda qəbul imtahanına qatıla biləcəklər

2020-ci ildə 18 yaşı tamam olan gənclərin qəbul imtahanlarında iştirak qaydaları bəlli olub.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq təlimatına əsasən, iyul ayının 30-dək 18 yaşı tamam olmuş gənclərin hərbi sənədlərində çağırışdan möhlət haqqında Dövlət Xidmətinin müvafiq qeydiyyatı və möhlət haqqında arayışı olmalıdır.

Həmin abituriyent yalnız bu halda qəbul imtahanlarında iştirak etmək üçün sənəd verə bilər.

Xatırladaq ki, 2020-ci ildə keçiriləcək imtahanların dəqiq tarixləri ilin əvvəllərində ictimaiyyətə elan olunacaq.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları