Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-27 10:39:00
Summativ qiymətləndirmə neçənci siniflərdə və hansı fənlər üzrə keçirilməlidir? - Aktual

Ötən tədris ilində qiymətləndirmə qaydalarına edilən dəyişiklərdən sonra summativ qiymətləndirmələrin sayı xeyli azaldıldı. Artıq yeni tədris ilinin başlanması summativ qiymətləndirmə məsələlərini bir daha gündəmə gətirib.

Hazırda Kiçik Summativ Qiymətləndirilmələrin keçirildiyi dönəm olduğuna görə, valideynləri narahat edən məqamlardan biri də summativ sayının çoxluğu, bunun şagirdi gərginləşdirməsidir.

Bəs, summativ qiymətləndirmə neçənci siniflərdə və hansı fənlər üzrə təşkil edilməlidir?

AzEdu.az xəbər verir ki, yeni qiymətləndirmə qaydalarına əsasən, I siniflərdə summativ qiymətləndirmə nəzərdə  tutulmur. II-IV siniflərdə isə kiçik summativlər nəzərdə tutulsa da, böyük summativ qiymətləndirmə aparılmır.

Böyük summativ qiymətləndirmə yalnız V-XI siniflərdə keçirilir. BSQ-lər V-IX siniflərdə ümumi orta təhsil pilləsi üzrə buraxılış imtahanında nəzərdə tutulmuş fənlərdən, X-XI siniflərdə isə tam orta təhsil pilləsi üzrə buraxılış imtahanında nəzərdə tutulan fənlərdən təşkil edilir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları