Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-08 16:41:00
36 məktəbli birləşib  kitab yazdılar –İbrətamiz addım

İsmətpaşa orta məktəb şagirdləri, sevgi, hörmət, xeyirxahlıq, məsuliyyət, vətənpərvərlik,  dözümlülük kimi dəyərlərlə bağlı qələmə aldığı hekayələri “Oxumağa dəyər” adlı kitabda toplayıb.

AzEdu.az xəbər verir ki,  məktəb həyətində keçirilən imza günündə 36 şagird böyük qürurla kitablarını imzalayıblar.

Şagirdlərin yazıçı olmaq həyəcanı yaşadıqlarını qeyd edən türk dili müəllimi Ziya Kəskin ilk kitab layihəsini 2014-cü ildə həyata keçirdiklərini bildirib:

 “Uşaqlarımızın ilk kitabı “Kiçik qələmlər”, sonra isə  “Yazmağa dəyər” idi. Bu il də “Oxumağa dəyər” adlı  kitab yazdılar. Kitabımızda dəyərlər əsas mövzu oldu. Uşaqlar böyük həvəslə bunu ediblər.  5-6 nəfərlə başladığımız layihədə hazırda 36 şagird iştirak edib”.

Məktəblilər də kitab yazmağın xoşbəxtliyini yaşadığını bildiriblər. Məktəb həyətində imza günü keçirən uşaqlar kitabı 5 TL (1. 98 AZN) -yə satışa çıxarıblar.