Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-25 13:36:05
Qiyabi təhsil alan müdavimlər üçün bu qədər vəsait xərclənəcək  

2020-ci ilin dövlət büdcəsində təhsil üçün nəzərdə tutulan vəsaitin 0,2 milyon manatı dövlət sifarişi əsasında intensiv yenidən ixtisaslaşdırma və qısamüddətli yenidənhazırlama proqramları üzrə qiyabi təhsil alan müdavimlərlə bağlı xərclərə və 45,9 milyon manatı digər təhsil proqram və tədbirlərin maliyyələşdirilməsi ilə bağlı xərclərə yönəldiləcək.

AzEdu.az xəbər verir ki, bu barədə 2020-ci il dövlət büdcəsinin zərfində bildirilib.

2019-cu ildə vəsaitin 0.2 milyon manatı dövlət sifarişi əsasında intensiv yenidən ixtisaslaşdırma və qısamüddətli  yenidən hazırlama proqramları üzrə qiyabi  təhsil alan  müdavimlər ilə bağlı xərclərə və digər sosial  tədbirlərə 23.9 milyon manat yönəldilib.

Qeyd edək ki, 2020-ci il dövlət büdcəsinin zərfinə daxil olan qanun layihələri Milli Məclisin noyabrın 12-i, 13-ü və 14-də keçiriləcək plenar iclaslarında müzakirəyə çıxarılacaq.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları