Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-25 10:54:53
Bu dövlətlərin vətəndaşlarının Azərbaycanda ali təhsil alması üçün 1.3 milyon manat ayrılacaq  

2020-ci il dövlət büdcəsində təhsil üçün nəzərdə tutulan vəsaitin 1,3 milyon manatı İslam Əməkdaşlıq Təşkilatına və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycanın ali təhsil müəssisələrində təhsil almaları üçün təhsil qrantlarının verilməsi ilə bağlı xərclərə ayrılacaq.

AzEdu.az xəbər verir ki, bu barədə 2020-ci il dövlət büdcəsinin zərfində bildirilib.

Bu gün Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü öz işinə başlayır.

Hərəkat 1961-ci ildə yaradılıb. Qoşulmama Hərəkatının yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında əməkdaşlıq üçün bir forum rolunu oynamasıdır. Təşkilatın hazırda 120 üzvü, 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var.

Qoşulmama Hərəkatı – BMT-dən sonra dünyada ikinci böyük beynəlxalq təşkilatdır. Bu gün dünya əhalisinin təqribən 55%-i Hərəkata üzv ölkələrdə yaşayır. Bu dövlətlər dünyanın neft ehtiyatının 75%-dən, təbii qaz ehtiyatının 50%-dən çoxuna, habelə nəhəng insan resurslarına və təbii resurslara malikdir.

Qeyd edək ki, 2020-ci il dövlət büdcəsinin zərfinə daxil olan qanun layihələri Milli Məclisin noyabrın 12-i, 13-ü və 14-də keçiriləcək plenar iclaslarında müzakirəyə çıxarılacaq.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları