Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-24 17:37:00
Ən az məzun verən özəl universitetlər bunlardır – Statistik göstəricilər  

Ötən tədris ilində özəl ali təhsil müəssisələri arasında ən çox tələbə Azərbaycan Kooperasiya Universitetindən məzun olub.

AzEdu.az xəbər verir ki, bu barədə məlumatlar  Dövlət  Statistika  Komitəsinin yeni çapdan çıxan “Azərbaycanda təhsil, elm və mədəniyyət” adlı məcmuəsində əks olunub.

Məcmuədə mövcud özəl ali təhsil müəssisələri və 2018-2019-cu tədris ilində onları başa vuran, diplom alan tələbələrin sayı qeyd olunub.

Göstəricilərə baxdıqda aydın olur ki, ötən tədris ilində ən çox tələbə özəl ali təhsil müəssisələri arasında Azərbaycan Kooperasiya Universitetindən məzun olub. Həmin ildə bu universiteti 989 nəfər bitirib. Onlardan 974-ü diplom ala bilib.

Növbəti yerdə Bakı Biznes Universiteti gəlir. Ötən tədris ilində bu universiteti 372 nəfər bitirib. Onlardan 347-i diplom ala bilib.

Ən az məzun isə Bakı İslam Universitetində müşahidə olunub. Bu ali təhsil müəssisəsini ötən tədris ilində 41 nəfər bitirib. Onların hamısı ali təhsil haqqında sənəd ala bilib.

Diplom alan məzun sayının azlığına görə, növbəti sırada Bakı Qızlar Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası gəlir.

Magistratura səviyyəsi üzrə təhsil alanların diplom almasına görə isə Xəzər Universiteti öndədir. Ötən tədris ilində bu ali təhsil müəssisəsini 77 magistrant bitirib. Ən az magistr məzunu ilə fərqlənən isə Naxçıvan Özəl Universitetidir. Bu ali təhsil müəssisəsindən 4 magistrant məəzun olub.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları