Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-08 15:29:45
Məktəbdə ölən şagird ürək tutmasından vəfat edib - TƏHSİL ŞÖBƏSİ

Saatlı rayonu, Sarıcala kənd ümumi orta məktəbinin 8-ci sinif şagirdi Yəhya Ağayev tənəffüs zamanı ürək tutmasından vəfat edib.

AzEdu.az  xəbər verir ki, bu barədə apa-ya Saatlı Təhsil Şöbəsindən məlumat verilib. 

Bildirilib ki, ilkin tibbi yardım göstərilməsinə və şagirdin xəstəxanaya çatdırılmasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.