Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-24 12:26:00
Təhsil xərcləri ötən illə müqayisədə nə qədər artdı?- Heyrətləndirici rəqəmlər  

Gələn il Azərbaycan Respublikası Təhsil Nazirliyinə ayrılacaq  vəsaitin məbləği müəyyənləşib. Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 611 min 660 manat  vəsait ayrılacaq.

AzEdu.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfində qeyd edilib.

Qeyd edilənlərə əsasən, 2020-ci ildə dövlət büdcəsindən təhsil xərclərinə 3155,8 milyon manat vəsait ayrılıb. Bu, ötən ilə nisbətən 873, 6 milyon manat və ya 38,3 % çoxdur.

2020-ci ildə təhsil xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində  xüsusi çəkisi 11,7 % təşkil edəcək. Bu, ötən illə müqayisədə 2,6 % çoxdur.

Bundan əlavə, təhsil xərclərinin növbəti il üçün proqnozlaşdırılan ÜDM-də xüsusi çəkisi 3,8 % olacaq. Bu isə 2019-cu illə müqayisədə 0,9 % çoxdur.

Qeyd edək ki, 2020-ci il dövlət büdcəsinin zərfinə daxil olan qanun layihələri Milli Məclisin noyabrın 12-si, 13-ü və 14-də keçiriləcək plenar iclaslarında müzakirəyə çıxarılacaq.  

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları