Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-24 11:28:00
Gələn ilin ümumi təhsil xərcləri – Müəllim və alimləri sevindirəcək rəqəmlər  

Gələn il Azərbaycan Respublikası Təhsil Nazirliyinə ayrılacaq  vəsaitin məbləği müəyyənləşib. Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 611 min 660 manat  vəsait ayrılacaq.

AzEdu.az xəbər verir ki, bu barədə məlumatlar  Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin  zərfində qeyd olunub.

Qeyd edilənlərə əsasən, ümumilikdə təhsil üçün 3 milyarddan çox  (3 155 797 681 manat) vəsait nəzərdə tutulub.

Zərfdə təhsilə ayrılan ümumi xərclərə - məktəbəqədər təhsil, ümumi təhsil,  orta ixtisas təhsili  ali təhsil  üçün nəzərdə tutulan məbləğlər də daxildir.

Həmçinin, əlavə təhsil  üçün 4 milyondan çox (4 362 063 manat) maliyyə nəzərdə tutulub.

Təhsil sahəsində  digər müəssisə və tədbirlər üçün isə ümumilikdə 940 milyon  (940 552 054 manat) büdcə nəzərdə tutulub.

 

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları