Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-08 15:13:04
“Şagirdimiz qəfil öldü, onu kimsə döyməyib” – Faciə baş verən məktəbin direktoru danışdı
“Vəfat edən şagirdimizlə bağlı hazırda hüquq mühafizə orqanlarına izahat verirəm”

Bu sözləri Azedu.az-a açıqlamasında Arif Ağayev adına Saatlı rayon Sarıcalar kənd ümumi orta məktəbinin direktoru Gülnarə Əliyeva deyib. Onun sözlərinə görə, şagird haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Yəhya Ağayev döyülərək öldürülməyib. Məsələ hüquq mühafizə orqanları tərəfindən araşdırılır. Bu, qəfil ölümdür. Onu kimsə döyməyib. Hər şey ekspertizanın rəyindən sonra bəlli olacaq. Şagirddə heç bir döyülmə əlamətinə rast gəlinməyib. Hazırda hüquq mühafizə orqanları və Saatlı Rayon Təhsil Şöbəsi işçiləri də məktəbdədir”.

Qeyd edək ki, Saatlı rayonunun Sarıcalar kənd sakini, 2004-cü il təvəllüdlü Ağayev Yahya Eldar oğlu məktəbdə ölüb. Onun hansı səbəbdən öldüyü hüquq-mühafizə orqanları tərəfindən aydınlaşdırılır. Ehtimal olunur ki, məktəbli döyüldükdən sonra vəfat edib. 
Nəzrin Rüstəmova
Müəllifin digər yazıları