Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-23 11:10:31
"Bir təklif aylarla, illərlə qalır"-Rektorun AMEA gözləntiləri  

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə vəzifəsindən istefa verib.

O, mediaya açıqlamasında səhhəti ilə əlqadər olaraq belə bir addım atdığını bildirib.

Bu gün Rəyasət Heyətində AMEA-nın Ümumi yığıncağı keçiriləcək və akademiyaya yeni prezident seçkiləri keçiriləcək.

Bəs, ziyalıların AMEA-nın Akif Əlizadənin prezidentliyindən sonrakı dövrü üçün nə kimi təklifləri var?

“Yaxın gələcəkdə akademiyaya gənc kadrlar gələcək”

Mövzu ilə bağlı AzEdu.az-a danışan Azərbaycan Kooperasiya Universitetinin rektoru, professor Eldar Quliyev AMEA-nın ölkəmizdə elm sahəsində ən prioritet qurum olduğunu vurğulayıb:

“Akif müəllim uzun illərdir, AMEA-ya rəhbərlik edir. Cənab prezident bir neçə gün öncə yaşı 70-dən yuxarı ola bütün rəhbər şəxslərə müraciət etdi. Hörmətli Akif Əlizadə də yaşı ilə əlaqədar istefa verir.

Yəqin ki, yaxın gələcəkdə akademiyaya gənc kadrlar gələcək. Cənab prezidentin apardığı kadr islahatları da buna zəmin yaradır. Yaşlı nəsillər böyük hörmətlə yola salınır. Bizdə həmişə böyüyə hörmət olub”.

“AMEA-nın islahatlara ehtiyacı var”

Akademiyada növbəti illərdə islahatlara gəlincə isə, Eldar Quliyev belə cavab verib:

“Sözsüz ki, ilk sırada sturuktur məsələsi gəlir. AMEA-da elə adamlar olmalıdır ki, elm məsələlərinə daha çevik şəkildə baxılsın, təkliflər verilsin. Elmin özündə də islahatlar aparılmalıdır. Bu gün AMEA-nın islahatlara ehtiyacı var. Sturuktur dəyişiklikləri olmalıdır. Söhbət elmdən gedirsə, AMEA-nın hər bir institutu fəaliyyət göstərdiyi müddətdə yeniliklər etməlidir.

Bəzən görürük ki, bir təklif hazırlanıb verilir, amma aylarla, illərlə qalır. Qəbul olunduqda isə artıq heç bir effekti olmur. Çünki o, keçmiş dövrdən qalıb. Akademiya da elə bu cəhətdən çeviklik olmalıdır. Hesab edirəm ki,  AMEA-nı yeniləməli və çeviklik məsələsinə baxmaq lazımdır.

Aparıcı alim və akademiklərimiz olub. Dünya elmi yeniliklər üzərində qurulub. Təbii ki, köhnəni yaddan çıxarmaq lazım deyil.

Bu cəhətdən yeni seçiləcək prezidentə uğurlar arzulamaqla yanaşı, sturuktur və elmin inkişafı üçün hər bir şeyi nəzərə almasını istərdim. Bu gün Azərbaycanın inkişafı üçün təhsil və elm bir nömrəli məsələlərdir. Onlara baxılsın, vaxtında həll olunsun, Azərbaycan elmini daha yüksəklərə qaldıraq”.

Qeyd edək ki, A. Əlizadə ötən il AMEA-nın ümumi yığıncağında qurumun prezidenti seçilib.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları