Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-18 12:55:00
Türkiyədə magistratura oxumaq istəyənlərin nəzərinə - Bu məsələyə mütləq diqqət edin  

AzEdu.az budəfəki yazısında Türkiyədə magistratura səviyyəsində təhsil almaq istəyənlərin ən çox maraqlandıran sualına cavab tapmağa çalışıb.

“Akademik karyera üçün “tezli” magistratura təhsili almaq şərtdir. “Tezsiz” magistraturanın üstünlüyü isə dərslərin daha rahat, praktik olmasıdır”

Bu sözləri AzEdu.az-a açıqlamasında Türkiyədə təhsil üzrə mütəxəssis Rəşad Abbasov deyib.

O, magistratura səviyyəsində “tezli” və ya “tezsiz” təhsil almaq istəyənlərin ən çox maraqlandırdığı suala aydınlıq gətirməyə çalışıb:

“Türkiyədə magistratura səviyyəsində təhsil “tezli” və “tezsiz” olmaqla iki yerə ayrılır. Akademik karyera planlayan gənclər tezli, iş həyatında uğur əldə etməyi hədəfləyən namizədlər isə tezsiz magistraturaya üstünlük verirlər. Tezli magistratura oxumadan isə doktorantura təhsili almaq mümkün deyil.

Xaricə gedən tələbələrin əksəriyyəti tezli magistratura təhsili barəsində düşünürlər. Bununda subyektiv ( maddi baxımdan) və obyektiv (nüfuzunun tezli təhsilə görə az olma düşüncəsi) səbəbləri var.

Tezli magistratura proqramları adətən ,7 dərs (3 və ya 4-ü məcburi) 1 seminar, 1 “uzmanlıq alan dərsi” və 1 “tez”dən ibarətdir. Dərslər daha çox nəzəri olur. Tezli magistraturaya səviyyəsinə qəbul şərtləri universitetə görə dəyişir. Bəzi universitetlər sadəcə ALES, TYS sənədi bəziləri də ALES və YDS ilə tələbə qəbul edir”.

Rəşad Abbasov tezli  və tezsiz magistr proqramlarının illik təhsil haqqısından da söz açıb:

“Tezli magistratura səviyyəsində dərslər həftəiçi  adətən gündüz saatlarında keçirilir. Və illik təhsil haqqı universitetə görə 200-1300 AZN arası dəyişir.

Tezsiz magistratura proqramları isə minimum 10 dərsdən ibarətdir. Dərslər daha çox praktika istiqamətində keçirilir. Ortalama bitirmə müddəti isə il yarımdır. Tezsiz magistr proqramları üçün adətən heç bir imtahan nəticəsi tələb olunmur. Amma tezsiz magistr proqramlarında TYS imtahan nəticəsi tələb olunur. Dərslər adətən həftəiçi axşam saatlarında keçirilir. Təhsil haqqı isə illik 1000-3000 USD arasında dəyişir.

Akademik karyera üçün tezli magistratura səviyyəsində təhsil almaq şərtdir. Tezsiz magistraturanın üstünlüyü dərslərin daha rahat, praktik olmasıdır.  

 Onu da bildirim ki, istər tezli və istərsə də tezsiz magistratura diplomları Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanınır”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları