Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-17 21:01:00
Universitetdə  İsmayıl Şıxlının 100 illik yubileyi qeyd olundu

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ədəbiyyatımızın görkəmli nümayəndəsi, nasir, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illiyi münasibətilə elmi-nəzəri seminar keçirilib.

UNEC-dən AzEdu.az verilən məlumata görə,  İqtisadiyyat fakültəsinin dekanı, dosent Asiman Quliyev tədbirin “İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn tədbirlərin icrasını təmin etmək məqsədilə təşkil olunduğunu bildirib.

Azərbaycan dili kafedrasının müdiri, professor Tofiq Əbülhəsənli İsmayıl Şıxlının zəngin yaradıcılığından söhbət açaraq, yazıçının Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən danışıb. O, ədibin yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik obrazlar yaratdığını qeyd edib.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçiləri Aytən Rüstəmzadə və Esmira Fuad İsmayıl Şıxlının Azərbaycan ədəbiyyatında dəstxəti ilə seçilən yazıçı olduğunu, əsərlərinin aktuallığını diqqətə çatdırıblar.

Tədbirdə İsmayıl Şıxlının həyat və yaradıcılığı ilə bağlı təqdimatlar olub.