Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-17 20:46:00
Peşə Təhsil Mərkəzinin tələbələri ustad dərsində

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində aşpaz ixtisası üzrə oxuyan tələbələrə Azərbaycan Milli Kulinariya Assosiasiyası və Mərkəzi tərəfindən ustad dərsi təşkil olunub.

Peşə Təhsil Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, ustad dərsinin keçirilməsində məqsəd tələbələrdə nəzəri biliklərlə yanaşı, praktik bacarıqları da inkişaf etdirməkdir. Ustad dərsini Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvü, beynəlxalq yarışların qalibi Pərviz Abdullayev və Azərbaycan Milli Kulinariya Mərkəzinin texnoloqu Nailə Kərimova keçiblər.