Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-17 16:40:00
BDU-nun əməkdaşlarına UNİCEF-in sertikatı verilib  

Bildiyiniz kimi gənclər siyasəti və gənclərlə iş üzrə yüksək ixtisaslı kadrların hazırlanmasını nəzərdə tutan ilk akademìk magistr proqramını 2018-ci ildə Azərbaycanda tətbiq etməklə gənclərlə iş üzrə mütəxəssislərin formalaşdırılması üçün milli platformanın əsası qoyulub.

Azərbaycan Respublikasının Təhsil, Gənclər və İdman Nazirlikləri və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti ilə yaxın əməkdaşlığı çərçivəsində BMT-nin Uşaq Fondu (UNICEF) tərəfindən işlənib hazırlanmış bu proqram Estoniya, Böyük Britaniya, Malta, Rusiya, Avstraliya və Finlandiyanın bu sahədəki qabaqcıl təcrübələrini yerli şəraitə uyğunlaşdırılmış formasını özündə əks etdirir. Proqramın bütün praktiki bölmələri isə, UNICEF-in beynəlxalq ekspertlərinin rəhbərliyi ilə yerli mütəxəssislər tərəfindən hazırlanıb.

Bununla əlaqədar olaraq 2019-cu il oktyabrın 17-də sözügedən proqramın rəsmi təqdimatı Bakı Konqres Mərkəzində keçirilmişdir
Azərbaycan Respublikası Təhsil, Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərinin yüksək vəzifəli şəxsləri, proqramı tətbiq edən altı ali təhsil müəssisələrinin rektoru, professor və tələbələri, habelə Azərbaycanda səfərdə olan Tallin Dövlət Universitetinin professorları olmaqla, bu proqramın Azərbaycanda işlənib hazırlanaraq sınaqdan keçirilməsinə dəstək vermiş UNICEF-in beynəlxalq ekspertləri bu tədbirdə bir araya gəlmişlər.

Tədbirdə BDU-nun Sosial iş kafedrasının müdiri, dosent Üzeyir Şəfiyev, kafedranın baş müəllimi Elizə İsmayılova, kafedranın əməkdaşı Tamilla Əlizadəyə proqramın hazırlanmasında fəal iştirakına görə UNİCEF-in Azərbaycan nümayəndəliyinin sertifikatı təqdim edilib.