Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-17 15:15:00
Qubad İbadoğlunun övladı xarici təqaüd proqramını qazandı: “Bu, çox çətin oldu, çünki....”  

Həmyerlimiz İbad Bayramov Macarıstanın Mərkəzi Bankının "Gələcəyin iqtisadçıları" və Təhsil Nazirliyi ilə İnsan Resursları Nazirliyinin birgə təsis etdiyi adlı təqaüdlərinin qalibi olub.

 İbad Bayramov Macarıstanın Szeged Universitetində Biznes idarəedilməsi ixtisası üzrə bakalavr təhsili alır.

 AzEdu.az İbad Bayramovun təqaüd barəsində təəssüratlarını təqdim edir.

“Macarıstan Mərkəzi Bankı tərəfindən təşkil olunan “Gələcəyin iqtisadçıları” təqaüdünə bir həftə öncə müraciət etmişdim. Bu təqaüdü qazanmaq üçün təkcə Szeged Universitetində təhsil alanlarla deyil, həm də digər ali təhsil müəssisələrində iqtisadiyyat üzrə oxuyanlarla rəqabət aparırdım”.

“Gələcəyin iqtisadçıları” təqaüdünü  qazanmağın sirləri…

“Gələcəyin iqtisadçıları” təqaüdünü qazanmaq asan deyil. Bu təqaüdü qazanmağıma səbəb GPA balımın yüksək olması idi. Szeged Universitetində 2 illik təhsilimdən sonra GPA balım 4.98 oldu.  Onu da bildirim ki,  keçən il marketinq üzrə professor Pronay Szabolksun  köməkçisi vəzifəsində idim. Həmçinin Szeged Universitetində keçirilən layihələrin çoxunda fəal iştirak edirəm. Bu lahiyələrdən biri də macar universitetləri arasında keçirilən prezentasiya yarışması idi. Bundan başqa, sosial fəaliyyət kimi 2 fərqli birliyə üzv idim: Marketinq və beynəlxalq diplomatik tələbə birliyi. Düşünürəm ki, sadaladığım göstəricilər görə “Gələcəyin iqtisadçıları” təqaüdünə sahib oldum”.  

İbad Bayramov  “Gələcəyin iqtisadçıları” təqaüdünə müraciət qaydasından da söz açıb:

“Qalib olduğum təqaüdün dəyəri macar forinti ilə 40000-dir.  Bu təqaüdə müraciət etmək üçün Macarıstan universitetlərində təhsil almaq lazımdır. “Gələcəyin iqtisadçıları” təqaüdünə hər universitetdən 25 nəfər  qalib seçilir. Bu təqaüdə həm yerli, həm də əcnəbi tələbələr müraciət edir.

Məndən savayı Macarıstanda təhsil alan digər azərbaycanlı tələbələr də “Gələcəyin iqtisadçıları” təqaüdünə layiq görülüb.  Szeged Universitetində təhsil alan digər 5 azərbaycanlı tələbə “Gələcəyin iqtisadçıları” təqaüdün qalibidir. Bu təqaüdə layiq görülən digər azərbaycanlı tələbələr Adil Qəhrəmanov, Cəmil Hacıyev, Sabit Namazov, Nəsib Hüseynov, Həmid Xəlfəquliyevdir”.

Qeyd edək ki, İbad Bayramov tanınmış iqtisadçı alim, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının rəhbəri Qubad İbadoğlunun oğludur.

Günel Yaşarqızı
Müəllifin digər yazıları