Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-08 10:00:00
Stalinin gizli laboratoriyası – Çin lideri necə aldadılıb? – Şok faktlar

İosif Stalin 1940-cı ildən etibarən SSRİ-yə səfər edən xarici dövlət xadimlərinin psixoloji durumunu, zəif və güclü tərəflərini öyrənmək məqsədilə laboratoriya qurmaq haqqında göstəriş verib.

AzEdu.az Teleqraf.com-a istinadən xəbər verir ki, Stalin 1949-cu ildə Moskvaya səfər edərək, SSRİ ilə əməkdaşlıq sazişi imzalamağı hədəfləyən Çin Xalq Respublikasının dövlət rəhbəri Mao Zedonqun psixoloji durumunu öyrənmək məqsədilə 1940-cı ildə qurduğu laboratoriyaya ciddi göstərişlər verib.

Həmin dövrdə kəşfiyyat və məxfi xidmətin inkişaf etmiş xüsusi vasitə və cihazları olmadığından rəqiblərin psixoloji durumu, güclü və zəif tərəfləri, nəfəs müayinəsi məhz qurulan laboratoriya vasitəsilə öyrənilirmiş.

Stalin tərəfindən qurulan laboratoriya NKVD-nin balansına verilmişdi, onun işlərinə şəxsən Lavrenti Beriya nəzarət edirmiş.

NKVD agentləri 1949-cu ildə Moskvaya səfər edən və 10 gün burada qalan Mao Zedonqun nəcis və sidiyini ayaqyolundan əldə edərək laboratoriyaya aparıblar. KQB agentləri Maonun qaldığı iqamətgaha çoxlu sayda qida və içmək üçün müxtəlif çeşidli sular gətirməklə onun daha çox ayaqyolundan istifadə etməsinə çalışıblar.

Sözügedən laboratoriyanın mövcudluğu Rusiya məxfi xidmətinin arxivlərində araşdırma aparan sabiq KQB zabiti İqor Atamanenko tərəfindən ortaya çıxarılıb.

Atamanenkonun iddiasına görə, Stalin Çin lideri üçün xüsusi ayaqyolu inşa etdirib. Ayaqyolu kanalizasiya ilə deyil, analiz götürmək üçün laboratoriya ilə əlaqələndirilib. Əldə edilən sidiyin analizi anında laboratoriya tərəfindən aparılıb. Analiz nəticəsində nəcisdə yüksək miqdarda amin turşusu triptofanın olması sakitlik, potasyum azlığı isə əsəbiliyin və yuxusuzluğun göstəricisi kimi qəbul olunurmuş.

Stalin bu laboratoriyadan çıxan nəticələr əsasında qərar qəbul edib və Çin Xalq Respublikasının dövlət rəhbəri Mao Zedonq ilə anlaşma imzalamayib. Stalindən sonra bu laboratoriya bir müddət fəaliyyət göstərsə də, Nikita Xuruşov SSRİ rəhbəri olduqdan sonra onun fəaliyyətinə xitam verilib.