Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-14 13:25:00
Avstriyada təhsil almaq istəyənlər üçün əla şans - Sərfəli təqaüd proqramı    

“Avstriyada magistratura, doktorantura  pilləsi üzrə təqaüdlü təhsil alan tələbələrə aylıq, təxminən 100 avro təqaüd verilir”.

Bu sözləri AzEdu.az-a açıqlamasında Avstriyada təhsil üzrə mütəxəssis Elvira Əsədova deyib.

“Bu zaman sizin xərcləriniz Avstriya hökuməti qarşılayır”

Açıqlaması zamanı, Avstriyada təhsildən söz açan, E.Əsədova, təqaüd şərtlərindən söz açdı:

“Avstriyada magistratura, doktorantura  pilləsi üzrə təqaüdlü təhsil alan tələbələrə aylıq, təxminən 100 avro təqaüd verilir. Bu təqaüdü əldə etmək üçün, əvvəlcə Azərbaycanda hər hansı bir universitetdə magistraturaya qəbul olmalısınız. Daha sonra, diplom işini hazırlayarkən Avstriya hökumətinə müraciət edərək, araşdırmanızı burda edə bilərsiniz. Bunun üçün isə ilk olaraq, Avstriyada, professor seçməli və onunla əlaqə saxlamalısınız. Əgər, professor kömək etməyi qəbul edərsə, Avstriyada öz araşdırmanızı apara bilərsiniz.

Məsələn siz ədəbiyyat oxuyursunuzsa, Avstriyalı yazıçılarla bağlı hazırladığınız diplom işi üçün avstriyalı bir professorla əlaqə saxlayıb, kömək istəməlisiniz. Əgər o qəbul edərsə siz öz araşdırmanızı 6-18 aya Avstriyada apara bilərsiniz. Bu zaman sizin xərcləriniz Avstriya hökuməti qarşılayır”.

“Təhsil 2 dildə: alman və ingilis dillərində aparılır”

Sonda, Avstriyada bakalavr təhsilindən söz açan həmsöhbətimiz, bu səviyyə üzrə təqaüdün mövcud olmadığını bildirdi:

“Bakalavr təhsili üçün  təqaüdlü təhsil yoxdur. Tələbələr yalnız, öz hesablarına oxuya bilərlər. Təhsil 2 dildə: alman və ingilis dillərində aparılır. İngilis dili üçün İLTS, alman dili üçün müxtəlif dil sertifikatlarına ehtiyac duyulur. Bundan əlavə, namizədlər oxumaq istədikləri universitetin saytına girərək qəbul şərtlərini öyrənə bilərlər”.