Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-14 09:28:00
Məşhur Türkiyə universitetində attestatla qəbul mümkün deyil - DİQQƏT

Bu gün azərbaycanlı tələbələr daha çox, mühəndislik, iqtisadiyyat təhsili üçün­­ müraciət edirlər. Son zamanlarda hüquq və tibb təhsili üçün də müraciətlərin sayı artıb.

AzEdu.az xəbər verir ki, bu haqda Bakı Ekspo Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Təhsil “EduExpo” sərgisində İstanbul Aydın Universitetinin nümayəndələr məlumat yayıb.

İstanbul Aydın Universitetində təhsil haqlarının ödənilməsində, yataqxana ilə bağlı problemlərdə azərbaycanlı tələbələrə müəyyən güzəştlər edilir. 

Eyni zamanda, qardaş ölkədən gələn tələbələr üçün təqaüd imtahanları keçirilir. Bu imtahanları keçənlərə pulsuz təhsil imkanları yaradılır.  Riyaziyyat həndəsə və məntiqdən ibarət 80 suallıq imtahanlar keçirilir. 

Qeyd edək ki, İstanbul Aydın Universitetinə attestatla qəbul mümkün deyil. Qəbul üçün namizədin Dövlət İmtahan Mərkəzindəki balı mütləq şəkildə tələb edilir.