Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-07 15:52:00
Xoşbəxtliyə aparan YOLLAR: Paulo Koelyodan 5 VACİB MÜDDƏA

Hamımız taleyimizi tapmaq, yaxşı əməl sahibi olmaq, “şəxsi əfsanəmizi” yazmaq və onu həyata keçirmək, problemlər divarını və ya hər hansı maneəni aşmaq üçün özümüzdə güc tapmağa çalışırıq. Bəyənməsək də, həmişə seçimlərimiz var.

Hamımız qalib doğulmuşuq, amma illər bizdə özünə inam hissini öldürür. Hər birimiz uşaqlıqda arzuladığımız insan ola, istənilən zirvəni fəth edə bilərik, sadəcə bizim üçün "komfort zonasından" çıxmaq, adi qrafiki pozmaq və lazımlı yerlərdə “yox” demək qorxuludur. Bütün bunlar, xüsusilə “yox” deyə bilməmək qarşıya qoyduğumuz məqsədlərdən bizi bir neçə il uzaqlaşdırır.

AzEDU.az xəbər verir ki, Publik.az Paulo Koelyonun xoşbəxtliyə aparan 5 əsas müddəasə barədə yazı hazırlayıb. Hansı ki, yazıçının bu fikirləri sizdə özünəinam hissini bərpa edəcək.

1. Bəzən ardınca kimin gəldiyini görmək üçün qaçmalısan

Hamımız səhv edirik, amma hər kəsin ikinci cəhdə şansı var. Xoşbəxtlik və daxili qüvvə bizi sövq edə bilər ki, istənilən dağları yaraq, əsas odur ki, kiməsə lazım olduğumuzdan əmin olaq. Çatışmayan kiçik cəhətlərimizə, heç də həmişə uğurlu olmayan ideyalarımıza baxmayaraq sevildiyimizdən əminlik hissi bizi ruhlandırır və qaranlıq bir otaqda işığı görmək üçün stimul verir.

Hamımız nə zamansa həyatın zərbələrindən yıxılmışıq, amma hər kəs ayağa qalxmaq üçün özündə güc tapmır. Kim ki, yaşamaq üçün özündə güc tapır, əlini və ümidlərini həyatdan üzmür, o kəs təkcə daxili gücünə deyil, lazım olan anda ona kömək əlini uzadan şəxsə də minnətdar olmalıdır.

Bəzən daha bir addım atmaq üçün risk etmək və imkanlar tapmaq lazımdır. Ola bilsin ki, getdiyimiz yer qorxuludur, amma ona doğru getməyi çox istəyirsən. Axı nəyə qadir olduğunu yalnız risk edərkən anlayırsan. Yerində oturub saymaqla məqsədinə nail olmayacaqsan. Və əgər yaxınlarının simasında dəstək görürsənsə, onlar sənə uğur əldə edəcəyinə dair inam hissi aşılayırlarsa, deməli, yanındakılar doğru insanlardır.

Risk etmək qorxusu bizə uşaqlıqdan təlqin edilir. “Oraya getmə”, “Buna toxunma”, “Ona əl vurma” , yaxud da sadəcə “yox” sözü ilə bizi məhdudlaşdırıblar. Öyrəşmişik ki, hər hansı bir təşəbbüsdə çərçivələr olsun və onları aşmağa qadağa qoyulsun. İnanmağa məcbur edirlər ki, heç nə bizdən asılı deyil. Əslində isə əsas şey - xoşbəxtliyimiz elə bizdən asılıdır.

2. Bəzən kimin səni həqiqətən dinlədiyini görmək üçün daha sakit danışmaq lazımdır

Heç vaxt səhv etməkdən qorxma, çünki lazımlı və düzgün hesab etdiyin bu mərhələ də konkret olaraq sənin üçün lazımdır və bu, ən doğrusudur. Həyatın bu məqamında sən başqa cür davrana bilməzdin. Qoy, bir il sonra hər şey dəyişsin, amma bilirsən ki, sən ürəyin əmr etdiyi kimi davrandın. Bu, sənin qərarındır, özgənin deyil. Bütün qərarların sənin istəklərin üzərində qurulmalıdır, başqalarının fikrinə əsaslanmalı deyil.

Bütün günahı çiyinlərindən atmaq, vaxtını öldürmək və ya maddi fayda qazanmaq üçün hamımız istifadə olunuruq, lakin biz də tez-tez şüurlu və şüursuz şəkildə başqalarından istifadə edirik. Ancaq insanlara eşitmək istədiklərini deyil, özünüzün demək istədiklərinizi çatdırın.

İnsanlar özünümüdafiə instinktinə malikdir, lakin doğma və yaxınların qarşısında bu “zireh” aradan qalxır, funksiyasını itirir. Düşüncələrinizi söyləməkdən qorxmayın, çünki vacib şəxs sizi dinləyəcək və özü üçün bir xülasə çıxaracaq. Lazım olmayan isə uzunmüddətli müzakirələrdən sonra da heç nə anlamayacaq. Odur ki, yaxınlarınıza qarşı daha diqqətli olun, çünki verdiyiniz məsləhətlər onların gələcək taleyi və qərarlarıdır. İnsanları tanımaq üçün öyrənin, amma onları "pis" və "yaxşı" qrupa bölməyin, "doğma" və "yadlar"a ayırın.

Hər birimizin çox yaxşı və çox pis xüsusiyyətləri var, lazım olan adamları biz özümüz seçirik. Qəlbimizdə daim mələklərin və şeytanların mübarizəsi gedir. Və hər gün biri qalib gəlir, digəri məğlub olur. Lakin yadda saxlamaq lazımdır ki, hətta qaranlıq tərəflərin xoş niyyətləri var. "İn və Yan" nəzəriyyəsini xatırlayın, onda yaşamaq asan olacaq.

3. Bəzən yanında kimin olduğunu görmək üçün bir addım geri çəkilməlisən

“Köləlik” sözünə fikir verin. O həm mənəvi, həm də fiziki mənada ola bilər. Mənəvi köləlik daha təhlükəlidir, çünki bədən çirki təmizləyə, coğrafi mövqeyini və temperatur rejimini soyuqdan istiyə dəyişə bilər. Amma ürək əsrlərlə kölədir. Mənəvi köləlik bədəni hərəkət etdirməz, çünki bu köləliyin sərhədləri digər insanların qərarlarıdır. Bədən hərəkətlidir, ruhun isə hər zaman öz çərçivələri var.

Ancaq başa düşsək ki, həyatımız qısadır və burada yalnız bir baş qəhrəman var – o da özümüz, bütün ətrafdakılar isə əlavələrdir, yalnız onda ömrün qalan illərini düzgün yaşaya bilərik. Həyatını digərlərinin idarə etməsinə yol vermək olmaz. Hər günün sahibi məhz sənsən. Öz qərarlarının hökmdarı sənsən. Seçimin sənin həyatının qanunudur.

Yalnız hər şeyə qadir olduğunu və iç dünyanın sənə daha əvvəllər tanınan çərçivələrdən daha geniş olduğunu dərk etdikdən sonra imkansızı həyata keçirə bilərsən. Başa düş, yaşamağı bacarmaq lazımdır, özünü şüurlu şəkildə qəfəsə qoyma.

Risk etməkdən qorxmayın, yalnız risk etdikdən sonra təşəbbüslərini kimin dəstəklədiyini anlaya bilərsən. Kim ki, qınamayacaq və sadəcə məsləhət verəcək, kim ki, üzünü çevirib "Mən səni xəbərdar etmişdim", - deyəməcək, kiçik uğursuzluqdan sonra səni qucaqlayacaq və təsəlli verəcək, bax onları qoru. Fiziki olaraq deyil, mənəvi cəhətdən yanında olan insanlarla qürur duy. Axı güc bədəndə yox, ruhdadır.

4. Bəzən səhv qərarlar qəbul etməlisən ki, hər şey məhv olanda yanında kimin qaldığını görəsən

Yalnız psixoloji cəhətdən güclü insan başqalarının gözünə baxaraq səhvlərini etiraf edə bilər: "Bəli, mən özümü doğrultmaq üçün bəhanələr axtarıram, amma dəqiq bilirəm ki, bütün günah mənim üzərimə düşür". Belə insanlar hər şeyi sıfırdan başlaya bilir. Onlar ağrının dibinə enəcək, amma yeni sahillərə doğru mütləq çıxış yolu tapacaq. Yolu uzun olacaq, lakin buna dəyəcək.

Çətin günlərində hər kəs yanında olmayacaq. Kimsə gücünə inanmadığı üçün sınıq gəmidə qalacaq, kimsə daha asan xilas yolu tapmaq ümidiylə yeni sahillərə üzəcək, kimisi isə sadəcə, sakitcə boşluğa gedəcək. Kimisə zaman aparacaq, kimlərisə isə paxıllıq, ancaq səninlə yerdən zirvələrə doğru gələn biri varsa, maneələrdən qorxma, onlar səni ruhlandıracaq.

Ancaq belə insanlar gecə saat 3-də dəstəyi alıb və deyə bilər: "Sən hər şeyi düzgün etdin, sadəcə, hələ vaxtı gəlməyib". Belə insanlarla yaşamaq istəyirsən, onlar öz varlığı, bəzən sözləri, daha çox anlayış və bizim potensialımıza olan inam hissilə bizi güclü edirlər.

5. Geri dönəcək qədər səni sevdiyini bilmək üçün bəzən buraxmağı bacarmalıyıq

Kimisə buraxmağa heç vaxt qorxmaq olmaz. Axı, sevəndə getmirlər. Və ya düşünmək olmaz ki, sevdiyim insanın yanında karyera qura bilməyəcəm.Yalnız sevilən kişilər yüksəkliklərə qalxır, yalnız sevilən qadınlar günbəgün daha da gözəlləşir və cazibədar olurlar. Axı xoşbəxtliyi gizlətmək olmaz, o maqnit kimi özünə yalnız yaxşı xəbərləri, hadisələri, pozitivi və müvəffəqiyyəti cəlb edir.

Həyatın mənası və gücü sevgidədir. Sevgi bizi sövq edir ki, daha yaxşı olaq. Sevdiyin adamları buraxmağa qorxma. Başa düş ki, bütün ömrün boyu onları yanında saxlaya bilməzsən, buna gücün çatmaz. Bəzən ehtiyacın var ki, onların səni tərk etməyəcəyini biləsən.

Bəzən ehtiyac var ki, sevən qəlbin evin yolunu tapacağını anlayasan. Sevən qəlb bilir ki, daha yaxşısını axtarmaq lazım deyil, o, artıq yanındadır. Xəyanət seçimdir. Sevən insan başqasını seçməyəcək.

Hamımız bilirik ki, evimiz harada yerləşir. Evin forması, pəncərələri, divarları və qapıları əhəmiyyətli deyil, evin aurası daha əhəmiyyətlidir: rahatlıq, köhnə foto çərçivələrdə yüngül toz, dəhlizin divarında saat əqrəblərinin səsi, girişdə döşəmədə cırıldayan lövhə, xalçanın sol küncünə düşən günəş şüası və başqa xırda şeylər. Yeni evi tikmək olar, amma artıq köhnə adət edilmiş detallar olmayacaq. Tarixi təkrarlamaq olmaz, keçmiş həyatınızda olan insanların oxşarlarını axtarmaq olmaz. Ümumiyyətlə, həyatda çox şeyi təkrarlamaq olmaz, sadəcə müəyyən bir anda vacib olan hər şeyi qiymətləndirməli və “sevirəm” deməyə qorxlamalısınız, əgər bunu hiss edirsinizsə. Həyat qısadır, qorxmaq lazım deyil…

Yaşa, risk et, oxu və səhv et. Axı yolun sonuna yaxın səninlə o insanlar qalacaq ki, onlara inanmaq olar. Və belə arxa-dayaqla zəmanət verilir ki, müvəffəqiyyət səninlə addımlayacaq.