Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-07 15:10:00
Marsda ilk dəfə olaraq robot geoloq araşdırma aparacaq

Marsın Yer qabığı altındakı təbəqələrini araşdıran NASA-nın robot geoloqu İnsight Kaliforniyadan səmaya buraxılıb.  

AzEdu.az  xarici mediaya istinadən məlumat  verir ki, Marsa eniş edəcəyi gözlənilən kosmik robotun göndərəcəyi məlumatlar kainatın necə yarandığını müəyyən qədər aydınlaşdıracaq.

O, 4 milyard yaşı olan kainatın dərinliklərini araşdıracaq.

NASA səlahiyyətlisi Brus Banerdt qeyd edib ki, İnsightin missiyası Marsın dərin təbəqələrini araşdırmaqdır: “Məqsədimiz əldə olunan məlumatlara görə bütün planetlərin yaranma müddətini daha dərindən araşdırmaqdır”.

Quraşdırılan xüsusi cihaz vasitəsilə ilk etapda Marsın yer qabığının 5 metrə qədər dərininə enmək planlaşdırılıb. Xüsusi cihaz vasitəsilə Marsda yaranan titrəyişlər də qeydə alınacaq. Araşdırmaçılar ikiillik vəzifə müddəti boyunca 100-ə yaxın zəlzələnin baş verəcəyini gözləyirlər.

Qeyd edək ki, 360 kq ağırlığında olan kosmik aparatın hələ 2016-cı ildə yola çıxacağı planlaşdırılırdı. Amma hazırlıqlar tamamlanmadığına görə bu sınaq təxirə salınıb. Təxmini 50 ildir ki, Mars NASA-nın araşdırma obyektidir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları