Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-11 15:12:00
Attestatla xaricdə təhsil almağın mənfi TƏRƏFLƏRİ

Xarici ali təhsil müəssisələrində təhsil alanlar ixtisaslarının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üçün Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə müraciət edilməlidir.

Xatırladaq ki, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən, distant və ya eksternat təhsilalma forması üzrə xaricdə ali təhsil almış şəxslərin aldıqları ixtisasların ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) mümkün deyil.

AzEdu.az bu dəfə yalnız attestat əsasında xarici universitetlərdə təhsil alanların ən çox verdikləri suala cavabı təqdim edir:

Yalnız attestat əsasında xarici universitetlərə qəbul olanlar təhsilini bitirdikdən sonra nostirifikasiya üçün müraciət etdikdə,bu halın nə kimi mənfi təsiri ola bilər?

-Ali təhsil müəssisəsinə qəbul olunma növü ekspertiza zamanı nəzərə alınır, lakin tanınma üçün yeganə amil deyil. Son dövrlərdə attestat əsasında bakalavriat pilləsinə qəbul adı altında keyfiyyətsiz təhsil verən ali təhsil müəssisələrinin sayının ciddi surətdə artması halı Təhsil Nazirliyini narahat etməkdədir.

Qeyd edək ki, ötən tədris ilində xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi ( nostrifikasiyası) məqsədi ilə  3.629 müraciət  daxil olub. Əvvəlki illərdən icrası başa çatdırılmamış müraciətlər  də daxil olmaqla, 2018-ci ildə ümumilikdə 3.278 müraciətin  icrası yekunlaşdırılıb. Həmin müraciətlərdən 2313-ü təsdiqlənib. 

Günel Yaşarqızı
Müəllifin digər yazıları