Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-08 11:15:41
Rusiyada təqaüdlə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

Rusiya universitetlərində təhsil almaq istəyən gənclərimiz kifayət qədərdir.

Statistikaya əsasən, Azərbaycan vətəndaşlarının təhsil almaq üçün daha çox üz tutduqları ölkələrdən biri də Rusiyadır.

2019-2020-ci tədris ilində Rusiyada təhsil almaq istəyənlər üçün sərfəli təqaüd proqramı elan edilib.

AzEdu.az xəbər verir ki, Rusiya universitetlərində təqaüdlə təhsil almaq istəyənlər Beynəlxalq Gənclər Olimpiadasında iştirak edə bilərlər.

2019-2020-ci  tədris ilində Beynəlxalq Gənclər Olimpiadası aşağıdakı istiqamətlərdə aparılır: xarici dil, şərqşünaslıq, dizayn, jurnalistika, tarix, kulturologiya, riyaziyyat, media kommunikasiyası, beynəlxalq münasibətlər, hüquq, psixologiya, reklam və ictimaiyyətlə əlaqələr, müasir siyasət, sosial elmlər, fizika, filologiya, fəlsəfə.

Beynəlxalq Gənclər Olimpiadasında iştirak etmək ödənişsizdir. Yarışlar bir mərhələdə - üzbəüz və distansiya (məsafə) formatlarında keçirilir. Olimpiadanın keçirilmə tarixi isə 24-31 oktyabrdır.

Beynəlxalq Gənclər Olimpiadasından uğurla keçən gənclər Rusiyanın Moskva, Sankt-Peterburq, Nijni Novqorod, Perm şəhərlərində yerləşən universitetlərdə təhsil ala bilərlər.

Beynəlxalq Gənclər Olimpiadasında 30 yaşına qədər olan gənclər iştirak edə bilərlər.

Yarışda iştirak etmək üçün aşağıda göstərilən link vasitəsilə qeydiyyatdan keçə   bilərsiniz:

https://www.hse.ru/en/expresspolls/poll/275841881.html

Yarışmanın qeydiyyat qaydaları haqqında ətraflı məlumata sahib olmaq üçün aşağıda göstərilən linkə daxil ola bilərsiniz:

https://olymp.hse.ru/data/2019/05/31/1497306375/Registration%20Rules.pdf .

Qeyd edək ki, Rusiya universitetlərində təqaüdlə təhsil almaq və Beynəlxalq Gənclər Olimpiadasında iştirak etmək istəyənlər ətraflı məlumat üçün aşağıda göstərilən linkə daxil ola bilərlər:

https://olymp.hse.ru/en/inter/

Günel Yaşarqızı
Müəllifin digər yazıları