Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-08 10:01:47
Qəbul imtahanlarında ən yüksək nəticə göstərən məktəblər- RƏSMİ

2018-ci ildə keçirilən qəbul imtahanlarında çoxsaylı kontingentinin (184 nəfər) olmasına baxmayaraq, Akademik Zərifə Əliyeva adına liseyi təmsil edən ortastatistik abituriyentin qəbul imtahanında topladığı bal 530.413-ə bərabərdir. Bu liseyin məzunlarının yarısından çoxu (67.4%-i) 500-dən, 66 nəfəri isə 600-dən çox bal toplayıb, 144 məzun respublikanın ali təhsil müəssisələrinə qəbul olub.

AzEdu.az xəbər verir ki, bu barədə “Abituriyent”jurnalının 12-ci sayında bildirilib.

Jurnalda eyni zamanda qeyd olunur ki, son illər ən yüksək nəticəni Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziya göstərir.

Bu təhsil müəssisəsi məzunlarının son on ildə qəbul imtahanlarında topladıqları orta bal göstəricilərinə nəzər salsaq, görərik ki, orta bal göstəriciləri ildən-ilə yüksəlib.

Bu il gimnaziyanın 44 məzunundan 39-u 500-dən, o cümlədən 30-u 600-dən yuxarı bal toplayıb.

Sumqayıt şəhər Texniki və təbiət elmləri üzrə liseyin məzunlarının qəbul imtahanlarında göstərdikləri nəticələr də təqdirəlayiqdir. Bu il liseyin 50 məzunundan 35-i 500-dən, o cümlədən 23-ü 600-dən yuxarı bal toplayıb.

Bundan başqa, məzunları ilbəil stabil olaraq yüksək nəticələr nümayiş etdirən təhsil müəssisələrindən Sumqayıt “İstedad” liseyinin, Bakı şəhərində yerləşən BDU-nun nəzdindəki “Gənc istedadlar” liseyinin, Avropa liseyinin, 160 saylı klassik gimnaziyanın və “Elitar” gimnaziyanın məzunlarının uğurları qeyd olunmalıdır.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları