Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-06 11:08:00
 Qrossmeysterlərimizin oxuduğu məktəb və universitetlər – Teymurun əsl ixtisası

 

Azərbaycan zəngin şahmat ənənələrinə malik ölkədir.  Ölkəmizdə  bu   intellektual idman növü geniş yayılıb.

Gənc beynəlxalq usta Teymur Rəcəbovun bir neçə gün öncə Dünya Kubokuna sahiblənməsi Azərbaycanın şahmat potensialının nə dərəcədə böyük olduğunu sübut etdi

Maraqlıdır, bəs    öz adını qızıl hərflərlə yazan  ölkənin  qrossmeystləri hansı orta məktəbin nümayəndələridir?

AzEdu.az  qrossmeysterlərimizin  orta məktəb və universitet təhsilləri haqqında məlumatları  təqdim edir:

Sosial şəbəkələrdə yazdığı bir neçə statusla iki gündür ki, gündəmdə olan, dünyanın ən güclü şahmatçılarından biri sayılan  qrossmeyster  Şəhriyar Məmmədov     1985-ci ildə Sumqayıt  şəhərində anadan olub.  Sumqayıtda 23 nömrəli  orta məktəbi bitirib. Onun sinif yoldaşları ilə hər zaman yaxşı münasibəti olub. O, dünyada 20 yaşadək şahmatçılar arasında  ikiqat Dünya çempionu tituluna sahib olan yeganə insandı.

Şəhriyar Məmmədov 2017-ci ilin mayında dünya şahmat tarixində 2800 Elo reytinq balını keçən 13-cü şahmatçı olub. O, bu uğura imza atan ilk müsəlman idmançı kimi də tarixə düşüb

Teymur Rəcəbov 1987-ci ildə Bakı şəhərində anadan olub.  Qroyssmeyster Bakıdakı 160 saylı  orta məktəbi və BDU-nun hüquq fakultəsini bitirib. Gənclər arasında keçirilən Dünya və Avropa  çempionatlarının 7 qat qalibidir . 12 yaşında ikən Avropa üzrə 18 yaşlılar arasında çempionatın qalibi  olub.

Teymur Rəcəbov 11 yaşından – benəlxalq usta, 13 yaşından beynəlxalq qrossmeysterdir . O, həmin dövrdə şahmat tarixində ən gənc qrossmeyster olub.

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini olan   Aynur Sofiyeva 1974-cü ildən etibarən  idmanın şahmat növü ilə məşğul olur. O, 6 yaşında gənclər arasında rayon çempionu, 14 yaşında qızlar arasında, 15 yaşında  olan zaman qadınlar arasında Azərbaycan çempionu olub, 16 yaşında isə  qızlar arasında SSRİ çempionu adını qazanıb.  Aynur Sofiyeva  20 yaşında tələbələr arasında dünya çempionu , həmin ildə 20 yaşadək qızlar arasında dünya çempionatının gümüş medalçısıdır.1990-cı ildə Azərbaycanın ilk beynəlxalq qrossmeysteri, İslam dünyasında isə qadınlar arasında ilk beynəlxalq qrossmeyster adını qazanıb.

 Qax şəhərində anadan olan Aynur Sofiyeva 1977-ci ildə oradakı 1 nömrəli məktəbin ikinci(birbaşa) sinfinə daxil olub, 1986-cı ildə həmin məktəbi qızıl medalla bitirib.

Nərgiz Umudova  1989-cu ildə Bakının Əmircan qəsəbəsində anadan olub. Azərbaycanlı qrossmeyster Nərgiz Umudova  orta təhsilini 1995-2006-cı illərdə əvvəlcə 87 nömrəli, sonra isə 226 nömrəli məktəblərdə alıb. 2007-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub. Daha sonra həmin akademiyanın Bədən tərbiyəsi və nəzəriyyəsi fakultəsinin magistr pilləsində təhsil alıb. Nərgiz şahmata təsadüfən gəlib. Qonşuluqdakı bir uşaq əvvəlcə ona gedişləri öyrədib. İki aydan sonra isə balaca Nərgiz "ilk müəllimi"nə qalib gəlib. İllərdir şahmata gedən dostuna qısa müddətdə qalib gələn qızının bu bacarığını görən atası onu şahmata yazdırır.

Gülnar Məmmədova  dəfələrlə Azərbaycan çempionu, bir sıra beynəlxalq turnirlərin qalibi və mükafatçısı olub. 2009-cu ildən   şahmat üzrə qadınlardan ibarət Azərbaycan yığma komandasının üzvüdür. Qrossmeyster  1991-ci ildə  Şirvan  şəhərində anadan olub. Orta təhsilni 1997-ci ildə Şirvan şəhəri, Tahir Bağırov adına 11 saylı orta məktəbin 1-ci sinfinə gedib. 2008-ci ildə isə Şirvan şəhəri, Elçin İmanov adına 10 saylı orta məktəbi bitirib.

Günay Məmmədzadə   qadınlar arasında beynəlxalq qrossmeysterdir.  O, 2016-cı ildən etibarən  qadınlardan ibarət Azərbaycan yığmasının üzvüdür. O, yığmanın heyətində Olimpiada , dünya və Avropa  çempionatlarının iştirakçısı olub. 2014-cü ildə FİDE-nin Prezident Şurasının iclasında 14 yaşlı Azərbaycan şahmatçısı Günay Məmmədzadəyə qadınlar arasında beynəlxalq qrossmeyster adının verilməsi barədə qərar qəbul olunub. Günay Azərbaycanın şahmat tarixində belə gənc yaşda bu ada layiq görülən ilk şahmatçıdır.2018-ci ildə kişilər arasında beynəlxalq usta adına layiq görülüb. 5yaşında 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama Məktəbinə getməyə başlayıb  və o Bakı şəhərində yerləşən 6 nömrəli "İntellekt" məktəb-liseyinin şagirdi olub.

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları