Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-07 11:58:00
Ehtiyatlı olun: “WhatsApp”ı çökdürən virus yayılır

 

“WhatsApp” istifadəçiləri smartfonlarının işində problem yaradan virusdan şikayət edirlər.

AzEDU.az “Sputnik Azərbaycan”a istinadən xəbər verir ki, bu barədə “MensXP” məlumat yayıb.

Virusun müəllifləri "xeyirxahlıq" göstərərək istifadəçiləri "tələ" barədə əvvəlcədən xəbərdar edirlər. Buna baxmayaraq, "tələ"yə düşənlər tapılıb.

Viruslu məlumatda bildirilir: "Əgər bu düymənin üzərinə bassan, sənin "WhatsApp"ın bir müddət çokəcək". Sonra bir neçə boşluq və "bura basma" yazısı gəlir.

“MensXP” bildirir ki, əslində boşluqda simvollar gizlədilib və onun üzərinə basanda qadjetin işində problem yaranır. Problemı qaradan qaldırmağın isə yolu çox sadədir: smartfonu söndürüb, yandırmaq lazımdır.