Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-07 11:21:00
Görmə qüsuru olanlara yol göstərən cihaz

İki lisey şagirdi gənc qız görmə qüsuru olanlara yol təsvir edən titrəşməli cihaz yaratdı. Bu cihaz sayəsində görmə qüsuru olanlar səsli əmrlə gedəcəkləri yeri rahatlıqla tapa bilər.

AzEDU.az deyerler.org-a istinadən bildirir ki, qabaqda maneələri qəbul edən sensoru olan cihaz, iki biləyə taxılan titrəşməli bilərzik sayəsində, sağa və ya sola dönəcəyini titrəşmə ilə söyləyir.

Görmə qüsuru olan insan “Google Maps” tətbiqinə səsli olaraq gedəcəyi ünvanı söyləyir. Cihaz da onu istiqamətləndirərək gedəcəyi ünvana aparır.

Yeni cihaz haqqında məlumat verən Sel Aykota bunları deyib:

“Gün keçdikcə artmaqda olan nəqliyyat və sənaye fəaliyyətlərilə birlikdə görmə qüsuru olanlar istiqamət tapmaqda çətinlik çəkirlər. Biz də bu səbəblə görmüş olduğunuz prototipi çıxartmağa qərar verdik”.

Cihazın digər memarı Su Nalbəndin sözlərinə görə, görmə qüsuru olan insan istədiyi yolu “Google Maps”a izah edir və “Google Maps” bir yol çıxardır:

“Məsələn, getmək istədiyi yer sağdadırsa, sağ biləklik titrəyir, solda qalırsa, sol biləklik titrəyir. Səsli olaraq söyləyir. Eyni zamanda bu sistemin içinə bir gps qoyduq. Bilərziyin içinə çiplər yerləşdirdik, bu çiplər işıqforla ünsiyyətə keçir və işıqfor görmə qüsuru olanlar üçün yolu qarşıya keçərkən yaşıl yanır, avtomobillər üçün isə qırmızı yanır”.