Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-05 11:29:00
Ceyhun Məmmədov: “Ən böyük arzum müəllim olmaq idi”

"Tələbəlik illərindən ən böyük arzum müəllim olmaq idi. Müəllim olmaq həvəsi heç zaman məni tərk etməyib"

AzEdu.az xəbər verir ki, bu sözləri Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov şəxsi feysbuk hesabında qeyd edib. O, daim gənclərə nəyisə öyrətmək həvəsi ilə yaşadığını bildirib:

"Bu gün də bu peşə ilə, işimlə və tələbələrimlə nəfəs alıram. Bir gün gənclərə nəyisə öyrətmədən həyatımı təsəvvür edə bilmirəm. Tələbələrimin hər bir uğuru, inkişafı hər zaman məni sevindirir. Müəllimlik müqəddəs, məsuliyyətli, ağır və şərəfli peşədir. Müəllim tələbələrinin bilik və bacarıqlarının artırılması, inkişafı üçün şam kimi əriyən, gecə-gündüz çalışan, istirahətindən kəsib tələbələrinə pay verən, onlarla nəfəs alan, hətta bəzən gecə də yuxuda tələbələrinə nə isə öyrətməyə çalışan, onların uğurlarına sevinən, sağlam, vətənini, dövlətini sevən, layiqli vətəndaş kimi yetişmələri üçün çalışan insandır.

Müəllimlik dünyanın ən ağır peşələrindən biridir.Bütün müəllimlərimizi təbrik edir, ölkəmizin daha da möhkəmlənməsi və inkişafı naminə fəaliyyətlərində uğurlar arzulayıram. Bayramınız mübarək olsun müqəddəs peşə sahibləri!"

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları