Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-06 16:00:00
Yerəvanda şagirdləri mitinqə buraxmayan direktor işdən qovulub

Yerevanda Monte Melkonyan adına 11 saylı məktəbin direktoru Ruzanna Azizyan şəhər merinin qərarı ilə vəzifəsindən azad edilib.

AzEdu.az Lenta.ru-ya istinadla xəbər verir ki, bu barədə “Radio Azatutyan” məlumat yayıb.

Azizyan etiraz aksiyalarının lideri Nikol Paşinyanın təşkil etdiyi mitinqə şagirdləri buraxmayaraq onları məktəbdə saxlayıb. Həmçinin mayın 4-də məktəbin qarşısında Ruzannanın istefası ilə bağlı etiraz aksiyası da keçirilib.