Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-03 12:03:00
Gənclərimiz üçün Kanadada oxumaq imkanı – Bu şansdan mütləq yararlanın

Kanada dünyanın ən yaxşı təhsil sisteminə malik ölkələrindən hesab olunur.

Son illərdə burada təhsil almaq istəyənlərin sayı artmaqdadır.

AzEdu.az xəbər verir ki, Kanada universitetlərində təhsil almaq istəyənlər üçün Kanada dövləti əcnəbilər üçün sərfəli şərait yaradıb. Kanada da təqaüdlə təhsil almaq istəyənlər “Study in Canada Scholarships” proqramından yararlana bilərlər. Təqaüdün dəyəri isə 60.000 Kanada dollarıdır.

“Study in Canada Scholarships” proqramına müraciət 2020-cı ilin yanvar ayından başlayır və martda bitir.

Proqrama daxil edilən ölkələr: Azərbaycan, Butan, Komor Adaları, Cibuti, Fici, Qazaxıstan, Kiribati, Liberiya, Mavritaniya, Mikroneziya, Palau, Tonqa, Özbəkistan, Türkmənistan, Vanuatu, Fələstinlilər Qərb Sahili, Qəzzə və Şərqi Qüdsdən.

Təqaüd proqramı tərəfindən təyyarə bileti və digər xərclər də qarşılanır.

Qeyd edək ki, təqaüd proqramı haqqında ətraflı məlumat üçün aşağıda göstərilən linkə daxil ola bilərsiniz:

https://www.educanada.ca/scholarships-bourses/news-nouvelles/2019/2019-09-05.

 

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları