Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-03 09:57:00
Türkiyədə ağır qəza keçirən tələbəmizdən xəbər var

Türkiyədə ağır yol qəzası keçirən azərbaycanlı tələbə Nəzrin Həsənovanın vəziyyəti qənaətbəxşdir.

Bu barədə tələbə özü AzEdu.az-a məlumat verib.

Qəza nəticəsində Nəzrin Həsənovanın beynində hematoma (damarlardan ətrafdakı toxumalara qan sızması) yaranıb.

Hazırda xəstənin vəziyyəti yaxşılaşmağa doğru gedir.

Xatırladaq ki, İstanbul Bilgi Universitetinin tələbəsi, 22 yaşlı Nəzrin Həsənova piyada keçidindən keçərkən maşın qəflətən onu vurub.

Yaralı ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları