Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-02 10:40:00
Bu rayonlarda qız şagirdlərin sayı kəskin azalıb – Rəsmi  

2018-ci ildə keçirilən buraxılış imtahanlarında cənub bölgəsi üzrə 11-ci sinifi  başa vuran şagirdlərin sayında qızların payı kəskin şəkildə azalıb.

AzEdu.az xəbər verir ki, bu barədə “Abituriyent”jurnalının 12-ci sayında bildirilib.

2018-ci ildə 11-ci siniflər üzrə buraxılış imtahanında iştirak edənlər 2016- cı ildə 9-cu sinfi bitirən şagirdlər olub.

Ayrı-ayrı bölgələr üzrə bu göstəricilər arasında kəskin fərqlər müşahidə olunur. Məsələn, cənub rayonlarında (Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad və Masallı) 2016-cı ildə 9-cu sinif şagirdlərinin 47.21 faizini qızlar təşkil etmişdisə, 2018-ci ildə 11-ci sinif şagirdləri arasında bu göstərici 41.95 faizə bərabər olub. Göründüyü kimi, 11-ci sinifdə şagirdlərin sayında qızların payı kəskin şəkildə azalıb.

Jurnalda qeyd olunur ki, qızların təhsildən uzaqlaşmasına ailələrin sosial iqtisadi vəziyyəti, erkən nigahlar və s. səbəb ola bilər.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları