Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-02 09:52:06
IX sinfi bitirən bu qədər şagirdin oxuma-yazması olmayıb? - “Abituriyent” jurnalında rəqəmlər  

2018-ci ildə keçirilən buraxılış imtahanlarında 9-cu və 11-ci siniflərin şagirdləri arasında nəinki tədris proqramını minimum mənimsəməyənlər, hətta oxuyub-yazmaqda çətinlik çəkənlər və ya ümumiyyətlə oxuyub-yazmağı bacarmayanlar aşkar olunub.

AzEdu.az xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci sayında nəşr olunub.

Belə şagirdlər 11-ci sinifdə təhsil alanlar arasında 1, 9-cu sinif şagirdləri arasında isə 30 nəfərdir.

Bu statistika imtahan rəhbərlərinin protokolları əsasında ortaya çıxıb. Bu cür halların imtahan rəhbərlərinin əksəriyyətinin protokollarında qeyd olunmamasını nəzərə alsaq, yuxarıda göstərilən faktların, əslində, daha çox olduğunu ehtimal etmək olar.

Jurnalda eyni zamanda qeyd olunur ki, belə şagirdlərin 9-cu, hətta 11-ci sinfə qədər gəlib çatması müəmmalıdır.

49-cu siniflər üzrə oxumağı və yazmağı bacarmayan şagirdlərin sayı belədir: Yardımlı rayonunda 5 nəfər, Kəlbəcər rayonunda 3 nəfər, Ağdam, Ağsu, Gədəbəy, Goranboy, Lənkəran və Masallı rayonlarının hərəsində 2 nəfər, Qaradağ (Bakı ş.), Biləsuvar, İsmayıllı, Qazax, Quba, Şamaxı, Şəmkir, Tərtər, Tovuz rayonlarının hərəsində və Şirvan şəhərində 1 nəfər.

11-ci siniflər üzrə belə hala yalnız Ağcabədi rayonunda (1 nəfər) rast gəlinib.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları