Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-01 13:52:55
Vəsiqəsini girov qoyan eks deputat: O, 50-dən artıq elmi-publisitik məqalənin müəllifidir  

Milli Məclisin deputatı Rafael Cəbrayılov istefa verib.

Eks-deputat Milli Məclisin dünən  keçirilən iclasında bu haqda məlumat verilib.

AzEdu.az Rafael Cəbrayılovun təhsil yolunu təqdim edir:

Rafael Cəbrayılov və təhsil yolu…

Cəbrayılov Rafael Kamil oğlu 28 dekabr 1958-ci ildə anadan olub. O, 1976-cı ildə Şirvan şəhər 9 saylı orta məktəbi bitirib. Hüquq təhsillidir. 1985-1992-ci illərdə Sabirabad rayon prokurorluğunun müstəntiqi və baş müstəntiqi vəzifəsində çalışıb. Rafael Cəbrayılov 1992-ci ildən  Azərbaycan Respublikası Baş Prokurorluğunda müxtəlif məsul vəzifələrdə çalışıb.  

III çağırış Azərbaycan Milli Məclisində 9 saylı Binəqədi ikinci seçki dairəsindən, son parlament seçkilərində isə 46 saylı Şirvan şəhər Seçki Dairəsindən deputat seçilib. O, hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü idi.  

 Rafael Cəbrayılov rus və ingilis dillərini bilir. Həmçinin, 50-dən artıq elmi-publisitik məqalənin müəllifidir. Onu da qeyd edək ki, Rafael Cəbrayılov ailəlidir və iki övladı var.

Qeyd edək ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib  ki, Rafael Cəbrayılov özü müraciət edərək, mandatından məhrum edilməsini istəyib. Ə.Hüseynli bildirib ki, R.Cəbrayılovun müraciəti barədə Mərkəzi Seçki Komissiyası son qərar qəbul edəcək.

R.Cəbrayılov müraciətində bildirib ki, həm seçicilərindən, həm Azərbaycan cəmiyyətindən üzr istəyərək istefa vermək qərarına gəlib.

Onu da bildirək ki, Milli Məclisin deputatı, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılovun borca görə məhkəməyə verildiyi barədə xəbər yayılıb. Bununla bağlı mətbuata açıqlamasında borc verən tərəf bildirib ki, Rafael Cəbrayılov 300 min ABŞ dollarını vaxtında ödəyə bilmədiyinə görə III və IV çağırış Milli Məclisin deputat vəsiqəsini girov qoyub.

R.Cəbrayılovun adı 2015-ci ildən bəri müxtəlif qalmaqallarla, ona məxsus tikinti şirkətinin vətəndaşları aldatması, sələmçilik və s. hadisələrlə gündəmə gəlib.

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları