Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-01 11:30:47
Bu universitetimizin  tələbələrinə yemək və geyim üçün əlavə  vəsait verilə bilər - İlk dəfə  

“İlahiyyat İnstitutunda təhsil alan tələbələrə yemək və geyim xərcləri üçün əlavə vəsaitin ödənilməsi nəzərdə tutulur”

Bu sözləri AzEdu.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib:

Gündüz İsmayılov bildirib ki, İlahiyyat İnstitutunda təhsil alan tələbələrə təqaüd və yataqxana ilə də təmin edilir:

“Əvvəllər Azərbaycanda ali dini təhsili təkcə Bakı İslam Universiteti verirdi və bu təhsil ocağı da ödənişli idi. Çünki Bakı İslam Universiteti dövlət təhsil müəssisəsi deyil və ödənişsiz təhsil verməsi qeyri-mümkündür. Prezident İlham Əliyevin doğru və uğurlu sərəncamı ilə vəziyyət dəyişdi. İş üzrə Dövlət Komitəsi yanında Azərbaycan İlahiyyat İnstitutu yaradıldı. İlahiyyat İnstitutunda təhsil almaq ödənişsizdir. Hətta İlahiyyat İnstitutunda tələbələr təqaüd və yataqxana ilə təmin edilir”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Azərbaycan İlahiyyat İnstitutunun təhsilin səviyyəsindən də söz açıb:

“Yaxın vaxtlarda İlahiyyat İnstitutun tələbələrinə yemək və geyim xərcləri üçün də əlavə vəsait ödənilməsi nəzərdə tutulur. Təhsilin səviyyəsi isə xarici ölkələrdən heç də geri qalmır. Belə olduğu təqdirdə dini təhsil almaq üçün xaricə getməyə ehtiyac qalmır”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları