Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-30 13:07:00
Qənirə Paşayevadan çağırış: “Bu tələbələr də ödənişli təhsildən azad olsunlar”

“Bir çox universitetin yataqxanası yoxdur. Bu il Tovuz rayonunda 15 gəncin qəbul olunduğu ali məktəblərdən imtina etməsinin qarşısını müxtəlif qurumların dəstəyi ilə almışıq”.

AzEdu.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisin payız sessiyasının ilk iclasında millət vəkili Qənirə Paşayeva bildirib.

Q. Paşayeva deyib ki, Tovuzda ən yüksək balla ali məktəbə qəbul olan gəncin atası yoxdur: “Anası deyir ki, məqbul qiymətə kirayə ev tapa bilmir. Ona görə də “Təhsil krediti haqqında” qanun qəbul olunmalıdır ki, belə problemlər yaranmasın. O cümlədən ödənişli təhsil alan gənclər təhsildən imtina etmək məcburiyyətində qalmasınlar”.

Q. Paşayeva qeyd edib ki, üçüncü qrup əlillərin də ali məktəblərdə ödənişli təhsildən azad edilməsi yaxşı olardı.