Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-06 10:47:32
Nobel mükafatı alan memarlar - SİYAHI

Memarların Nobel mükafatı kimi qəbul edilən  Pritzkerin sahibi bu il Hindistanlı memar Balkrishna Doshi oldu.

AzEdu.az xarici mediaya istinadən son illərdə bu mükafata namizəd olan memarlar və onların əsərlərini təqdim edir.

2018-ci ildə Pritzkerin qalibi olan Doshi 1950-ci illərdən bugünədək bütün sosial təbəqədən olan insanların həyatına təsir edən memar kimi qiymətləndirilib. Onun  1989-cu ildə Hindistanın İndore bölgəsində dizayn etdiyi Aranya yaşayış məskənində hazırda 80 000 insan yaşayır.

2017-ci ildə isə bu mükafatın sahibi Rafael Aranda, Carme Pigem ve Ramon Vilalta olublar. Onlar memarlıq arenasında onlara qısaca RCR adlandırılır. Kiçik arenalarda fəaliyyət göstərən üç mermarın məşhur proyektləri arasında İspaniyanın Besalu qəsəbəsindəki El Petit Comte adlı uşaq şəhərciyi də var.

2016-cı ildə qalib olan Alejandro Aravena Santiaqodakı Katolik Universitetinin şəhərciyində inşa edilmiş 14 mərtəbəli İnnovasiya Mərkəzinin dizayn müəllifidir. Binanın üzəri onu aşırı gün işığı və istilikdən qoruyur.

Frei Ottonun ən məşhur əsəri Münih Olimpia Stadionundakı zərif görünüşlü dam örtüyüdür. O, 2012-ci ildə vəfat edib.

Növbəti Pritzker qalibi yapon memar Shiregu Ban kritik məqamlardakı mühüm işlərinə görə mükafatlandırılıb. O, Ruan, Haiti, Floippində təcili sığınacaqlar inşa edib. Pritsker mükafatlandırılması zamanı onun karton və kağız ləvazimatlarını çox yaradıcı tərzdə istifadə etdiyinə diqqət çəkilib. Həm də  Fransanın  Metz  əyalətindəki məşhur Centre Pompidounun müəllifidir.

Barselonadakı bu binanı Toyo İto 2009-cu ildə inşa edib. Dalğavari formada inşa olunan bu bina dünyaca məşhur memar Antoni Gaudini xatırladır.

Wang Shu Pritzker mükafatını qazanan ilk çinli memardır. Onun dizayn etdiyi Ningbo şəhərindəki tarix muzeyi dağ və qalanın birləşməsini xatırladır.

Eduardo Souto de Moura 2004-cü ildə Avropa Futbol Çempionatı üçün Braga şəhərində inşa etdirdiyi stadion ilə məşhurdur.Cascisdəki Paula Rego muzeyi Pritzker mükafatına layiq görülüb.

Jean Nouvel Parisdə Ərəb Dünyası İnstitutu üçün dizayn etdiyi kitabxana ilə məşhurdur. Bu kitabxana binası işığın düşməsinə görə açılıb, bağlanır. O, həm də Paris Filarmoniyası, Luvr muzeyi və divarları sarmaşıqlarla örtülü olan Quai Branly Muzeyinin də dizayneridir.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları