Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-28 16:39:00
Uşaqlara pul yığmağı necə öyrədək?

Uşağa erkən yaşlarından pul xərcləməyi və pula qənaət etməyi necə öyrətmək lazımdır?

1. Oyunlarla alış-verişi öyrədin

Uşaqlar ilk əvvəl pulun mənasını başa düşməlidir. Sonra isə oyunlarla alış-verişi onlara öyrədin. Pulu necə istifadə edəcəklərini görsünlər. Oyunlarla öyrənmək həm maraqlı, həm öyrədici olacaq.

2. Pul qabı alaraq təşviq edin

Uşaqların vərdiş qazanması üçün təşviqə ehtiyacları var. Onlara pul yığmaq üçün pul qabı alın. Uşaqlar ailələrində gördükləri davranışlardan təsirlənirlər. Onların davranışlarını təqlid edirlər.

3. Həftəlik pul verin

Onlara pul yığmağı öyrətmək üçün öz büdcələrini yaratmağa kömək edin. Həftənin son günləri onlara müəyyən məbləğ verə bilərsiniz. Başlanğıcda uşaq pulu idarə edə bilməyəcək, xərcləyəcək. Miqdarı düzgün seçin, ekstra pul verməyin. (bağçam.az)