Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-26 14:12:00
Rektordan tələbələrə tövsiyə: “Qanunsuz marşurutlardan istifadə etməyin”  

Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov 2019/2020-ci tədris ilinin tələbə qəbulu imtahanlarında yüksək nəticələr göstərmiş tələbələrlə görüşüb.

AzEdu.az xəbər verir ki, görüş zamanı rektor universitetin rəhbərliyini tələbələrə təqdim etdi, yüksək nəticə əldə etməkləri münasibəti ilə təbrik etdi, onlara təhsillərində uğurlar arzulayıb. Gənclərin nailiyyətləri ilə hamının qürur duyduğunu qeyd edən rektor, bu sahədə həm valideynlərin, həm də müəllimlərin böyük zəhməti olduğunu diqqətə çatdırıb.

Rektor SDU-nun tarixi keçmişinə qısa nəzər salaraq bildirib ki, universitetin kadr potensialına hər zaman tələbat olubdur. Siz tələbələr bu elm ocağını seçməklə əmək bazarında gələcək karyeranızın təməl daşını qoymuş olursunuz, Sumqayıt Dövlət Universiteti əldə etdiyi nailiyyətləri ilə ölkənin kadr potensialının formalaşmasına öz müsbət təsirini göstərir. Universitetdə həm tədris, həm elmi-tədqiqat, həm də idarəçilik sahələrində həyata keçirilən yeniliklər, struktur islahatları əsaslı keyfiyyət dəyişikliyinə zəmin yaradıb. SDU-nun maddi-texniki bazasının möhkəmləndirilməsi, kadr potensialının gücləndirilməsi, əməkdaşlarımızın maddi rifah halının yaxşılaşdırılması, təhsilin və nizam-intizam keyfiyyətinin yüksəldilməsi, imtahanlarda şəffaflığın təmin edilməsi istiqamətində uğurlu işlər həyata keçirilib. Bu da Prezident cənab İlham Əliyevin Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı çərçivəsində apardığı uğurlu siyasətin və müasir təhsil sahəsinə göstərdiyi dövlət qayğısının bariz nümunəsidir.

Rektor yüksək bal toplayan tələbələrin elmi-tədqiqat işlərinə cəlb edilməsinə və universitetin Tələbə Elmi Cəmiyyətinin işində yaxından iştirak etməyə çağırdı, həmçinin SDU-nun ictimai-sosial həyatında fəal olmağı tövsiyə edib.

Bu il universitetdə bir çox yeniliklər olduğunu vurğulayan rektor təhsilin forma və məzmununda dəyişikliklər aparıldığını, bir çox fənlərin proqramlarının dövlətin elm və təhsil sahəsində siyasətinə və əmək bazarının tələbatına uyğun olaraq yenidən işləndiyini, elm və təhsilin əlaqəsini daha da artırmaq məqsədilə tələbələrin tədris təcrübələrinin müvafiq elmi mərkəzlərdə təşkili, elmi tədqiqatların və təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə bir sıra laboratoriyaların və auditoriyaların əsaslı təmiri, yeni müasir cihaz və avadanlıqlarla təchiz edilməsi istiqamətində müvafiq işlər görülüb. Universitetin hər üç tədris binasında təmir-tikinti işləri müasir standartlara uyğun aparılıb.

Rektor çıxışının sonunda Bakıdan gələn tələbələrə təhlükəsizliklərini qorunması üçün qanunsuz fəaliyyət göstərən nəqliyyat vasitəsindən istifadə etməməyi tövsiyyə edib.

Tələbələr də göstərilən diqqətə görə rektor professor Elxan Hüseynova təşəkkür ediblər.

Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.