Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-25 14:43:00
Son qəbul imtahanlarının müxtəlif “nominasiyalar” üzrə ən zəif göstəriciləri – Sinirləndirici rəqəmlər  

Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi “Abituriyent” 12 jurnalında 2018-2019-cu tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu və ümumtəhsil müəssisələri üzrə buraxılış imtahanların nəticələrinin elmi-statistik təhlili yer alıb.

AzEdu.az həmin jurnala istinadən bəzi statistik məlumatları diqqətə çatdırır:

2018-ci ildə keçirilən tələbə qəbulu müsabiqəsində 46.4 faiz abituriyent 200 baldan aşağı nəticə göstərib.

Ağsu, Xızı, Astara, Daşkəsən, Lerik, Ağdaş, Şabran, Sabirabad və Samux rayonları üzrə abituriyentlərin 30%-i 100-dən aşağı bal toplayıb.

Tam orta məktəbi bütün fənlərdən “3” qiymətlə başa vuran məzunların 95.36%-nin qəbul imtahanlarındakı nəticələri də çox zəif – 0–199 bal intervalında olub.

Attestat qiymətləri “3” olan abituriyentlərin əksəriyyəti qəbul imtahanlarında analoji nəticə göstəriblər. Belə ki, bu abituriyentlərin ayrı-ayrı fənlər üzrə 84–96%-i 0–40 intervalında nisbi bal toplayıblar.

Dövlət ali təhsil müəssisələri arasında dövlət sifarişi ilə tələbə qəbulunda ən aşağı nəticə Bakı Xoreoqrafiya Akademiyası məxsusdur.

Qəbul imtahanlarında  Bakı şəhəri 140 saylı tam orta məktəbin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul olmayıb.

79 saylı tam orta məktəbin abituriyentlərinin I-IV qruplar üzrə topladığı orta bal isə 100-dən aşağıdır.

Müsabiqədə Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan Universiteti, Bakı Avrasiya Universiteti, Bakı Qızlar Universiteti, Bakı Biznes Universiteti və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının orta və yüksək hazırlıqlı abituriyentlər arasında nüfuza malik olmadığı üzə çıxıb.

Sabirabad rayonunun hər 100 məzunundan yalnız 4-5-i, Xaçmaz və İmişli rayonlarının isə hər 100 məzunundan yalnız 5-6-sı ali təhsil müəssisələrinə dövlət sifarişi əsasında qəbul olub.

Dövlət sifarişi üzrə ən aşağı keçid balı (253 bal) Lənkəran Dövlət Universitetinin "Aqronomluq" ixtisasında olub.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları